Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

166 Yükdaşıma və Logistika şirkəti “Data Analitik” vakansiyası elan edir.

Tələblər:

  • Təhsil: Ali;
  • Təcrübə: Data analitikası sahəsində ən azı 1 il iş təcrübəsi
  • Power BI: Əla səviyyədə biliklər (Power Query, DAX, data modeling, vizuallaşdırma və Dashboard dizaynı);
  • SQL (MySQL): Mürəkkəb SQL sorğuları yazmaq, cədvəl strukturlarını anlamaq və məlumat bazasından performanslı şəkildə məlumat çıxarmaq bacarığı;
  • Python: Data analizi və avtomatlaşdırma üçün Python bilikləri;
  • Analitik düşüncə: Böyük həcmli məlumatlar daxilində qanunauyğunluqları tapmaq, detallara diqqət və nəticələri aydın vizual dildə ifadə etmək qabiliyyəti.

Vəzifə öhdəlikləri:

  • Şirkətin müxtəlif mənbələrdən (MySQL verilənlər bazası, Google Sheets, Excel və s.) daxil olan strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatlarının toplanması, təmizlənməsi və emalı;
  • Power BI platformasında interaktiv, dinamik və biznes tələblərinə uyğun hesabatların (dashboard-ların) qurulması, DAX ölçülərinin və verilənlər modellərinin optimallaşdırılması;
  • Rutin hesabatlıq və məlumatların transformasiyası (ETL) proseslərinin Python skriptləri vasitəsilə avtomatlaşdırılması;
  • MySQL verilənlər bazasından mürəkkəb sorğular vasitəsilə məlumatların çəkilməsi və analizi;
  • Excel və Google Sheets üzərində operativ analizlərin, maliyyə/əməliyyat modellərinin və komandalararası paylaşım cədvəllərinin hazırlanması;
  • Rəhbərliyə və əlaqədar şöbələrə biznes qərarlarının qəbul edilməsində dəstək olmaq üçün məlumatlara əsaslanan analitik rəylərin və tövsiyələrin təqdim edilməsi.

İş şəraiti:

  • İş qrafiki: 09:00-18:00;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
  • Ünvan: Zərifə Əliyeva 55.,Yeni Həyat Plaza.

Uyğun namizədlərdən CV-lərini “Data Analitik” başlığı altında cv@166.az elektron poçt ünvanına göndərməkləri xahiş olunur.