İşin təsviri
ABB “Tətbiq performansının monitorinqi üzrə aparıcı mühəndis” vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
- rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- yüksək komanda ruhunda əməkdaşlıq;
- karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Production-da olan müxtəlif servislərin 24/7 rejimində davamlı monitorinqi və idarə olunması;
- Front-End və Back-End code səviyyəsində analiz;
- Production mühitində baş verən problemlərin monitorinqi və müəyyən olunması, eyni zamanda 1-ci və 2-ci səviyyə infrastruktur və applikasiya problemlərin müəyyən olunması;
- Problemin səbəbinin dərin analizi və cloud/infrastruktur problemlərinin həlli üçün təkliflərin verilməsi;
- Product, R&D və Support komandaları ilə birlikdə işləyərək problemlərin üzə çıxarılması və həlli;
- Applikasiya və infrastruktur haqqında vacib məlumatları özündə saxlayan dashboard-ların qurulması və onlara nəzarət;
- Monitorinq dashboard-ları, problem analizi, üzə çıxan insidentlərin həlli, sənədləşdirmə və koordinasiyası;
- Alert-lərə əhəmiyyət dərəcəsinə görə cavab vermək və prosedur və strategiyalara müvafiq olaraq problemlərin sürətli şəkildə report olunması;
Bizim üçün uyğun namizəd:
- Ali texniki təhsilə (Kompüter Elmləri, Proqram Mühəndisliyi və ya Proqramlaşdırma);
- Monitorinq prinsipləri haqqında anlayış, applikasiya və infrastruktur monitorinqi alətlərindən istifadə təcrübəyə (Dynatrace, Firebase, Google analytics, Grafana, Prometheus və s.);
- Veb-texnologiyalarla bağlı anlayışa (REST, cloud-based applikasiyalar);
- Logging və Management sistemləri ilə təcrübəyə (ElasticSearch, Kibana və s.) ;
- Mikroservislər və Smartscape servis topologiyası haqqında baza anlayışlara;
- Applikasiya performans problemlərinə analitik incələmə və texniki bacarığına sahibdir;
- Database sistemləri və SQL bilikləri var;
- Ən azı bir proqramlaşdırma və ya scripting dili ilə bağlı təcrübəsi var (Javaya üstünlük verilir);
- Frontend tərəfli təcrübəyə sahibdir (Javascript (React.JS))
- Şəbəkə haqqında baza bilikləri var, HTTP, DNS, Load-balancers, şəbəkə təhlükəsizliyi və s;
- Devops texnologiyaları haqqında anlayışlıdır ( Kubernetes, Openshift)
- Yüksək ünsiyyət bacarıqlarına sahibdir;
- Git haqqında anlayışlıdır;
- Komanda ilə işləmək bacarığına və yüksək motivasiyaya sahibdir
Əgər axtardığımız namizəd sizsinizsə Müraciət et düyməsində qeyd olunan linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.