İşin təsviri
Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
- Debitor hesabatın hazırlanması, yoxlanılması və göndərilməsi;
- Debitor borcların izlənilməsi və müştərilərlə kommunikasiya qurmaq;
- Debitor müştərilərin hesablaşmaları və aktlarının hazırlanması, müştərilərə təqdim edilməsi;
- Vergilər Nazirliyinin müraciəti əsasında müştərilərlə bağlı sənədlərin yığılması, skan edilməsi və göndərilməsi (müqavilə, bank çıxarışı, vergi hesab fakturaların və hesab fakturalar);
- Fakturalar və ödənişlər ilə bağlı müxtəlif reyesterlərin yığılması, qeydiyyatın aparılması;
- Büdcənin təhlilində iştirak və müvafiq hesabatların hazırlanması.
Namizədə qarşı tələblər:
- Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və audit və s.);
- Maliyyə sahəsində 1 ilədək iş təcrübəsi üstünlükdür;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri; İngilis dili biliyi üstünlükdür;
- Komputer bilikləri: Yüksək səviyyədə Word, Excel, Outlook; Orta səviyyədə 1C bilikləri ;
- Yüksək kommunikasiya bacarığı
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
- Peşəkarlıq tələbləri:
- Dəqiq və diqqətli,
- Ciddi və məsuliyyətli,
- Analitik qabiliyyətə, təqdim etmə bacarıqlarına malik olmaq;
- Təhlil qabiliyyəti,
- Problem həll etmə bacarığı,
- Verilən tapşırıqları zamanında təhvil vermə,
- Öyrənmək, öyrətmək bacarıqları olmalıdır.
Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək – https://career.absheronport.az/ karyera portalımız üzərindən və ya CV formalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər. CV-lərin qəbulu üçün son tarix 5 yanvar 2026-cı il tarixidir.
Müraciət etdiyiniz vəzifənin adını cv@absheronport.az email-in mövzu hissəsində “Hesabatlıq üzrə kiçik mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur.Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat (servis) xidməti göstərilir).