Logistika üzrə menecer

İşin təsviri

  • Logistik xidmətlər (terminal, avto və dəmiryol daşıması, anbar xidməti, gömrük rəsmiləşdirməsi) üzrə nəqliyyatçı bazasını formalaşdırmaq və onlardan xidmət alışını təmin etmək.
  • Müştərilərlə işin təşkili, onların tələblərinə uyğun xidmətlərin təmin edilməsi və qiymətin formalaşdırılması.
  • Müştəri sifarişi üzrə daşımaların həyata keçirilməsi və gedişatın izlənməsi.
  • Logistik xidmətlər üzrə əməliyyatların uçotunun aparılması.
  • Müştərilərlə və podratçılarla dövrü üzləşmələrin aparılması.
  • Fəaliyyət ilə bağlı hesabatların hazırlanması və mərkəzi ofisə təqdim edilməsi.

Tələblər

  • Ali təhsil;
  • Logistika sahəsində 5 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili, Rus və İngilis dillərini səlis bilməli;
  • Ezamiyyələrə açıq olmalı;
  • Xaricdə fəaliyyət göstərmək imkanları olmalı.

Peşəkarlıq tələbləri:

  • Dəqiqlik;
  • Təqdimat bacarığı;
  • Satış bacarığı;
  • Analitik və strateji düşünmə qabiliyyəti,
  • Ünsiyyətcil, işgüzar, səlis və aydın danışıq qabiliyyətinin olması;
  • Prosesləri, situasiyanı və heyəti idarə etmək bacarıqları.