Marketinq və İctimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssis

11 Sentyabr 2025

İşin təsviri

· Sosial media kanalları üçün aylıq post planının hazırlanması və icrasına nəzarət;

· Sosial media, vebsayt, e-mail və digər rəqəmsal kanallar üçün məzmunun hazırlanması, redaktəsi;

· Xarici və daxili kommunikasiya materialları üçün (broşur, kataloq, təqdimat və s.) məzmunun hazırlanması;

· Layihələr üzrə partnyorlarla (media agentlikləri və s.) əməkdaşlıq;

· İctimaiyyətlə əlaqələr (PR) strategiyasının hazırlanması və icrası;

· Press-relizlərin, müsahibə mətnlərinin hazırlanması;

· Təşkil olunan tədbirlər üçün (təqdimatlar, forumlar, sərgilər və s.) yaradıcı konseptin hazırlanması, mərhələli fəaliyyət planının qurulması və bütün təşkilati proseslərin peşəkar şəkildə icrası;

· Keçirilən tədbirlərlə bağlı departamentlərin aiddiyyatı şəxsləri ilə kommunikasiyanın aparılması və proseslərə nəzarət edilməsi;

· Rəqiblərin araşdırılması və bazar təhlili əsasında marketinq strategiyasının təkmilləşdirilməsi;

· Marketinq layihələrinin uğurlu icrası üçün daxili komanda arasında effektiv kommunikasiya və koordinasiyanın təmin olunması;

· Komanda üzvləri arasında tapşırıqların bölüşdürülməsi, prioritetlərin müəyyənləşdirilməsi və proseslərin nəzarətdə saxlanması;

· Marketinq üzrə illik planın hazırlanmasında iştirak.

Tələblər

  • Ali təhsil (Jurnalistika, PR, Marketinq, Kommunikasiya və ya əlaqəli sahələr üzrə);
  • Müvafiq sahədə minimum 3 ilədək iş təcrübəsi;
  • Yüksək səviyyədə yaradıcı yazı bacarığı və mətn redaktəsi təcrübəsi;
  • Azərbaycan və İngilis dillərində səlis yazılı və şifahi ünsiyyət bacarığı (Rus dili biliyi üstünlükdür);
  • MS Office, Canva, Meta Business Suite, və digər rəqəmsal alətlər üzrə biliklər;
  • Güclü təşkilatçılıq və vaxtın idarə olunması bacarığı;
  • Komanda ilə işləmək bacarığı və nəticə yönümlülük.