İşin təsviri
· İllik audit planına uyğun olaraq aparılan audit yoxlamaları üzrə risk əsaslı audit proqramlarının tərtib və ya tərtibatında iştirak edilməsi.
· Biznes proseslərinin təhlili, daxili reqlament və qanunvericiliyinə uyğunluğun yoxlanılması və qiymətləndirilməsi.
· Mövcud olan idarə etmə, risklərin idarə edilməsi və nəzarət mexanizmlərin effektivliyini, habelə əməliyyatların səmərəliyinin qiymətləndirilməsi.
· Daxili audit sənədlərinin qüvvədə olan daxili standartlara və tələblərə uyğun hazırlanması.
· Audit müşahidələrin və müvafiq hesabatların tərtib edilməsi.
· Daxili audit fəaliyyətinin təşkili və inkişafı istiqamətində aparılan daxili proseslərdə iştirak etməsi.
· Auditlə əlaqəli ehtiyac yarandığı halda ölkə daxili (bankın filiallarına) ezamiyyətə getmək imkanı.
Tələblər
· Ali təhsil (maliyyə, iqtisadiyyat).
· Sahə üzrə ən az 1 il iş təcrübəsi (audit, maliyyə, mühasibatlıq, risklərin idarə edilməsi).
· Bankın maliyyə və digər hesabatlıq prosesini yaxşı bilmək.
· Audit üzrə yerli və beynəlxalq qanunvericilik, beynəlxalq audit standartları üzrə biliklər.
· Microsoft Office ilə üstün işləmə bacarıqları (MS Excel-də əsasən), SQL arzu olunandır.
· Yüksək analitik təhlil bacarıqı.
· Azərbaycan və ingilis dilləri sərbəst bilməsi.
· Yüksək ünsiyyət bacarıqları.
· Davamlı olaraq inkişaf etmək həvəsi.
· Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür.