İşin təsviri
- Bankın mikro və aqro kreditlərinin monitorinq yoxlamalarında iştirak etmək, ehtiyac yarandıqda bankın filiallarına və müştərilərin yerləşdiyi ünvana getmək;
- Mikro və Aqro kreditlərin bankın daxili qayda və prosedurlarına uyğun rəsmiləşdirilməsini qiymətləndirmək;
- Mikro və Aqro kreditlərə aid olan risklərin təhlilini həyata keçirimək və riskin azaldılmasına yönəldilmiş tövsiyyələr verilmək;
- Monitorinqin aparılması üçün İş Proqramının hazırlanmasında iştirak etmək;
- Monitorinqin nəticələri üzrə tam detallı hesabatların hazırlanması.
Tələblər
- Bankda və ya BOKTlarda biznes kreditlər sahəsində, daxili audit, risklərin idarə edilməsi və daxili nəzarət sahələrində kredit prosessinə nəzarətdə minimum 6 ay iş təcrübəsi;
- Ali təhsil;
- Azərbaycan dilin mükəmməl bilmək (yazılı və şifahi), Rus və ya İngilis dili arzuolunandır ;
- Təhlil etmə qabiliyyəti;
- Ofis proqramları (MS EXCEL) biliyi və sərbəst işləmək bacarığı;
- Kreditlərin verilməsi ilə bağlı Mərkəzi Bankın tələbləri ilə bağlı biliklər;
- İnnovativ düşünmə qabiliyyəti və özünü inkişafı təbliğ etmək bacarığı və istəyi;
- Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı;
- Sürücülüq vəsiqəsi.