Access Bank SD sistemində Əsas Vəsaitlərlə bağlı daxil olan sorğulara baxılması və Əsas Vəsaitlərin balansa qəbul edilməsi (gündəlik);
Əsas Vəsaitlərin Navision sisteminə daxil edilməsi və uçota alınmasına nəzarət (gündəlik);
Əsas vəsaitlər üzrə Amortizasiyasının hesablanması üzrə Navision və T24 sistemində müvafiq əməliyyatların aparılması (aylıq);
Əsas vəsaitlərin silinməsi və satışı üzrə Navision və T24 sistemində müvafiq əməliyyatların aparılması;
Silinmiş və satılmış əsas vəsaitlər aylıq hesabatın hazırlanması və təqdim edilməsi (aylıq);
Müştəri girovlarının balansa qəbul edilməsi, müvafiq Excel hesabatın hazırlanması, girovların satışı və balansdan silinməsi üzrə T24 sistemində müvafiq əməliyyatların aparılması (gündəlik);
Girovlarla bağlı Mühasibatlıq və FR&R Departamentlərinin hesabatlarının üzləşdirilməsi və Maliyyə Departamentinə təqdim edilməsi (aylıq);
Girovlarla bağlı ehtiyatın hesablanması üçün hesabatın hazırlanıb Risk Departamentinə təqdim edilməsi (aylıq);
Girovlar üzrə hesablanmış ehtiyat rəqəmləri əsasında T24 sistemində müvafiq əməliyyatların aparılması (aylıq);
Girovların hərəkəti və satılmış / silinmiş girovlar üzrə müştərilərin əsas və faiz borcları üzrə məlumatları əks etdirilən hesabatın heazırlanıb Vergi Menecerinə təqdim edilməsi (aylıq);
T24 sistemində tranzit və işgüzar hesablara nəzarət;
Əsas vəsaitlərin invertarizasiyası;
İşçilərə aylıq maaş veriləndən sonra tranzit hesablarına nəzarət aparmaq və T24 sistemə əks etdirmək;
Tranzit hesablara nəzarət, Hesabda olan hərəkətlərin izlənməsi və əməliyyat verilməsi;
Əsas vəsaitlərin vergi bazasını aparılması (Novision üzərində);
Kreditor borcların Novision sisteminə daxil edilməsi;
Kreditorlarla üzləşmə/ Üzləşmə aktların təsdiqi.
Tələblər
Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya əlaqəli sahə üzrə);
Əsas vəsaitlərin idarə olunması və uçotu sahəsində 3 il iş təcrübəsi;
Mühasibatlıq sahəsində əlavə beynəlxalq sertifikatlar (ACCA) üstünlükdür;
Səlis Azərbaycan dili və Rus dili biliyi;
Analitik düşüncə və prolemləri həll etmək bacarığı;