İşin təsviri
- Kurasiyasında olan struktur rəhbərləri ilə mütəmadi görüşlərin keçirilməsi, insan resursları ehtiyaclarının müəyyən edilməsi və həll yollarının təklif edilməsi;
- Yerli əmək bazar şərtlərinin araşdırılması;
- Namizəd vəzifəyə təsdiq edilənə qədər namizəd ilə struktur bölməsi arasında aparılan danışıq prosesində iştirak edilməsi;
- Vakansiyalar, işə qəbul, yerdəyişmə və sınaq müddəti üzrə analitik hesabatların hazırlanması;
- Yeni əməkdaşların adaptasiya prosesinin təşkil edilməsi və izlənilməsi;
- Yeni əməkdaşın sınaq müddətinin izlənilməsi, sınaq müddəti rəylərinin toplanılması və tərəflər ilə kommunikasiyanın aparılması;
- Əməkdaşlar arasında effektiv daxili kommunikasiya mühitinin formalaşdırılması məqsədilə tədbirlərin təşkili;
- Kurasiyası üzrə əməkdaşların performans, davranış və intizam məsələlərində rəhbərlərə dəstəyin göstərilməsi;
- Kurasiyası üzrə bankdaxili yerdəyişmələrlə bağlı görüşlərin təşkil edilməsi və keçirilməsi.
Tələblər
- Ali təhsil;
- İşə qəbul sahəsində minimum 3 il iş təcrübəsi; bank və ya maliyyə sektorunda iş təcrübəsinin olması üstünlükdür;
- Namizədlərin axtarış sistemlərindən istifadə, proqram təminatı və namizəd məlumat bazaları ilə işləmə bacarığı;
- Yüksək kommunikasiya bacarığı, effektiv danışıqlar və işgüzar əlaqələri qura bilmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus və İngilis dilləri üzrə yüksək səviyyədə bilik.