İşin təsviri
- Bankın Baş Ofisində daxil olan və göndərilən sənədlərin və məktubların qəbulu;
- Daxil olan və göndərilən sənədlərin və məktubların qeydiyyatı və uçotu;
- Təhvil-təslim Aktının yoxlanması və sənədlərin faktiki mövcudluğu ilə müqayisə edilməsi;
- Sənədlərin ötürülməsinə dair jurnalın aparılması;
- Sənədlərin skanlaşdırılması və arxivləşdirilməsi;
- Sənədlərin və məktubların müvafiq departamentlərə paylanması və Baş Ofisin əməkdaşlarına göndərilməsi;
- Kuryer şirkətləri ilə əməkdaşlıq;
- Departamentin Rəhbərliyi tərəfindən qoyulmuş bütün digər öhdəliklərin yerinə yetirilməsi.
Tələblər
- Bank sahəsində, kargüzarlıq üzrə təcrübə;
- İşlərin prosedur və təlimatlara uyğun görülməsi;
- Şirkətə aid məlumatların məxfiliyinin qorunması;
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanması;
- MS Office proqramlarında işləmək bacarığı;
- Komandada işləmə bacarığı.