Təmir-Tikinti üzrə Mütəxəssis/Aparıcı mütəxəssis

İşin təsviri

  • Yeni filiallarda tikinti-təmir işləri üçün smetaların hazırlanmasında iştirak;
  • Bankın mövcud filiallarında podratçı şirkətlərin apardığı işlərə nəzarət etmək;
  • Təmir-tikinti işləri üçün zəruri olan inşaat materiallarının qiymət və keyfiyyətinə görə seçilməsində iştirak etmək;
  • Filiallarda təmir işlərinin aparılmasının zəruri olub-olmadığını yoxlamaq;
  • Bankın Baş Ofisində və filiallarında yaranan məişət-texniki problemləri həll etmək;
  • Gündəlik məişət-texniki problemlərin həllində filialın inzibatçılarına kömək etmək;
  • Rəhbərlik tərəfindən qoyulmuş bütün vəzifələri yerinə yetirmək.

Tələblər

  • Təmir və tikinti sahəsi üzrə ən az 2 illik təcrübə;
  • Layihələrin idarə olunması bacarığı;
  • Ofis proqramlarında, xüsusi ilə yüksək AutoCad, Excell və PowerPoint üzrə işləmə bacarığı.