Proqram təminat dəstək üzrə aparıcı/baş mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

İT strukturu
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri.

Namizədə dair tələblər:

  • Ali təhsil (Bakalavr);
  • Əlaqədar sahədə 3-4 il iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan və orta səviyyədə Rus, İngilis dili bilikləri;
  • Proqramlaşdırma sahəsində biliklər (PL/SQL);
  • Bank Əməliyyat Sistem sahəsində bilik olması;
  • ERP, HRM, BPM sahəsində bilik olması;

İşin təsviri:

  • Bank proqramlarına (BƏS, ERP, HRM və s.) fasiləsiz, problemsiz işləməsi üçün onlara cari xidmət göstərir.
  • Bankın mövcud və yeni layihələrində (məhsul və s.) iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsində iştirak edir;
  • Bankın Mobile Bankçılıq və İnternet Bankçılıq texniki dəstək göstərir;
  • MKR və AKB portallara hesabatların yüklənməsi icra edir. Hesabatların vaxtında təqdim edilməsinə və düzgünlüyünə görə məsuliyyət daşıyır.
  • Bank proqramlarına yeni istifadəçilərin daxil edilməsinə nəzarət edir və onların səlahiyyətlərini müəyyən edir.
  • Yeni tətbiqi proqramlar və modulların analizində iştirak edir.
  • Proqram təminatın və məlumat bazalarının əlagəli İT, İT təhlükəsizliyin və parol siyasətini yerinə yetirir.
  • Müvafiq sahələrlə birlikdə hər bir bank məhsulu üzrə bank proqramlarından istifadə prosseslərində və test olunmasında iştirak edir.
  • Daxili prosedurlara uyğun bank proqramına yeni funksiyaların əlavə edilməsində və yeni modulların yaradılmasında iştirak edir.
  • Proqram təminatla əlaqəli biznes sahələrə (Baş ofis, Struktur, Filiallar və s.) texniki dəstək göstərir.
  • Bank əməliyyət gününün bağlanışında icra edir;

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proqram təminat dəstək üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.