İşin təsviri
- İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri
Namizədə dair tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri və ya əlaqəli sahələr üzrə);
- Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
- Verilənlər bazaları ilə iş təcrübəsi (Oracle, PostgreSQL);
- ETL (Extract, Transform, Load) prosesləri ilə işləmə təcrübəsi;
- API, FTP, SFTP üzərindən sistem inteqrasiyası sahəsində bilik və praktiki bacarıq;
- Python və PowerShell ilə avtomatlaşdırma və texniki həllərin hazırlanması bacarığı;
- Texniki sənədlərin hazırlanması və sənədləşmə standartlarına uyğun işləmək bacarığı;
- Proses yönümlü düşüncə və operativ qərarvermə qabiliyyəti;
- Problemlərin təhlili və effektiv həll yollarının tapılması bacarığı;
- Yüksək kommunikasiya və komandada işləmə bacarığı;
- Əla səviyyədə Azərbaycan və orta səviyyədə Rus, İngilis dili bilikləri.
İşin təsviri:
- Məlumatların müxtəlif mənbələrdən toplanması. Transformasiyası və məlumat anbarına inteqrasiyası üçün ETL proseslərinin hazırlnması və avtomatlaşdırılması;
- Oracle və digər verilənlər bazasında performanslı və optimallaşdırılmış məlumat strukturlarının qurulması və saxlanılması;
- Data pipeline –ların və gündəlik məlumat axınlarının Python və digər skript dilləri ilə avtomatlaşdırılması və montorinqi ;
- Verilənlərin düzgünlüyünü, tamlığını vı aktuallığını təmin etmək məqsədilə məlumat keyfiyyəti qaydalarının tətbiqi və nəzarəti;
- Məlumat anbarı ( DWH) və analitik məqsədlər üçün uyğun məlumat modellərinin hazırlanması və dəstəklənməsi;
- Məlumatların məxfiliyi və təhlükəsizlik prinsiplərinə uyğun saxlanması və ötürülməsi;
- Data Governance təşəbbüslərinə texniki dəstək verilməsi və sistemlərarası məlumat xəritələrinin ( data mapping) hazırlanması;
- İT, analitik və digər biznes komandaları ilə əməkdaşlıq edərək məlumat əsaslı layihələrin texniki icrasını təmin etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Data mühəndisi” qeyd edərək cv@afb.az elektron poçt ünvanına göndərməyini xahiş edirik.