Transformasiya ofisi üzrə mütəxəssis\aparıcı mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, menecment və ya texnologiya sahəsində);
  • Layihə idarəetməsi və ya transformasiya üzrə ən azı 1 il iş təcrübəsi;
  • Konsalting şirkətlərində iş təcrübəsi arzu olunandır;
  • Azərbaycan və İngilis dillərində sərbəst danışıq və yazı bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Təqdimatların hazırlanması bacarığı;
  • İT, rəqəmsal və ya data üzrə biliklərin olması üstünlükdür;
  • Analitik və sistemli düşünmə bacarığı;
  • Güclü kommunikasiya və araşdırma, yüksək təqdim etmə bacarıqları;
  • Məsuliyyətlilik, dəqiqlik, yüksək işgüzar enerji və təşəbbüskarlıq.

İŞİN TƏSVİRİ:

  • Strateji transformasiya təşəbbüslərinin və yol xəritəsinin hazırlanması və icrasının nəzarətinə dəstək;
  • Transformasiya təşəbbüslərinin planlaşdırılması, icrası, monitorinqi və davamlılığının qorunması prosesində struktur bölmələr arasında əlaqələndirici funksiyanı yerinə yetirmək və koordinasiyanı təşkil etmək;
  • Bank daxilində transformasiya mədəniyyətini gücləndirmək, yeni strategiyaya və konsepsiyaların hazırlanmasının, habelə onların keyfiyyətli icrasının təmin edilməsinə dəstək;
  • Kros-funksional layihələrin vaxtında icrasına və nəticələrinin qiymətləndirilməsinə dəstək göstərmək;
  • Strateji dashboard-ların hazırlanması və mütəmadi yenilənməsi;
  • Bankın strateji plan və göstəricilərinə inteqrasiya olunmuş hesabatlar hazırlamaq;
  • Yerli və beynəlxalq bazarda transformasiya trendləri, rəqəmsal texnologiyalar və bank sektorundakı dəyişikliklər üzrə davamlı araşdırmalar aparmaq;
  • AFB Bank-ın strateji hədəflərinə uyğun olaraq qabaqcıl təcrübələrin analiz olunması və tətbiqinə dair təkliflərin hazırlanması;
  • Zərurət yarandıqda konsultantların banka cəlb edilməsi və onlarla birgə işin təşkil olunması.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Transformasiya ofisi üzrə mütəxəssis\aparıcı mütəxəssis” qeydi edərək cv@afb.az elektron poçt ünvanına göndərməyini xahiş edirik.