İşin təsviri
- Xəzinədarlıq, Nağd əməliyyatlar və İnkassasiya strukturu
- İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil (Maliyyə və iqtisad sahəsi üzrə);
- Bank sektorunda müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Azərbaycan dili – mükəmməl, ingilis və rus dili – yaxşı səviyyədə bilmək;
- MS Office proqramlarında işləmək bacarığı, Excel yüksək səviyyədə bilmək;
- Ünsiyyət qurmaq və komanda da işləmək bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti.
İşin təsviri:
- Likvid vəsaitlərin cəlb edilməsi və yerləşdirilməsinə dəstək olmaq;
- Valyuta mövqeyinə nəzarət etmək;
- Gündəlik və digər tələb edilən analitik hesabatların hazırlanması;
- Filial və şöbələrdən daxil olan sifarişlərin icrasına dəstək olmaq;
- Beynəlxalq maliyyə insitutları ilə əməkdaşlıq etmə bacarığı;
- FX, depozit/kredit, qiymətli kağız əməliyyatları ilə işləmə bacarığı;
- Əməliyyatların ABS sisteminə daxil edilməsi, lazımi sənədlərin hazırlanıb aidiyyatı strukturlara ötürülməsi;
- Kassa qalıqlarına gündəlik nəzarəti həyata keçirmək;
- Valyuta bazarlarındakı dəyişiklikləri izləmək və Bankın alış-satış məzənnələrini buna uyğunlaşdırılması barədə tövsiyyələr vermək;
- İcra edilmiş əqdlərin reysterini aparmaq;
- Sahənin fəaliyyətinə aid olan Bank ABS-də yenilənmələr, təkmilləşdirmələr üzrə test işlərinin aparılması;
- Mərkəzi Banka təqdim edilən hesabatların hazırlanmasında dəstək olmalıdır.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Xəzinədarlıq üzrə mütəxəssis” qeyd edərək cv@afb.az ünvanına göndərməyini xahiş edirik.