İşin təsviri
AQA Şirkətlər Qrupu “Təchizatçı” vakansiyasını elan edir:
Vəzifə öhdəlikləri:
- Yerli və beynəlxalq bazarda mallar və xidmətlər axtarmaq, malların, işlərin və xidmətlərin təchizatı üzrə tender sənədlərin və təkliflərin sorğularını hazırlamaq;
- Satınalma müqavilələrin tərtibatı üzrə ümumi anlayış;
- Satın alınan malın hərəkətinin və sənədləşdirilməsinin izlənilməsi və təşkil edilməsi;
- Təchizat və satınalmanın ümumi prinsipləri və prossesləri barədə məlumatlı olmaq;
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırma və təşkil etmə, komandada işləmə bacarıqları;
- Təchizat sifarişlərinin icrası (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Şirkətlərdən daxil olan sifarişlərin alınıb təhvil verilməsi;
- Ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
- Daxili tələbat üçün hesabatların hazırlanması;
- Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim edilməsi;
- Tədarükçülərlə qiymət və digər texniki göstəricilər barəsində danışıqlar aparılması;
- Razılaşdırılmış ticari şərtlərin icraatına nəzarət;
- Xarici bazar araşdırmalarının aparılması və satış analizlərinin həyata keçirilməsi;
- Xarici ölkələrdən malların vaxtında alınması, ölkəyə çatdırılması, (yazışmaların və danışıqların aparılması);
- Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək;
- Vəzifə öhdəliklərini vaxtında yerinə yetirmək;
Tələblər
- Təhsil: Ali
- İş təcrübəsi: 1-3 il
- Kompüter biliyi: MS Office (Word, Excel);
- 1C bilikləri;
- Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
- 25-40 yaş aralığı;
- Azərbaycan dili (yazılı və şifahi) əla səviyyədə bilmək, ingilis və rus dilləri arzuolunandır;
- Cins: bəy namizəd
- Xoş və səliqəli görünüş;
- Məsuliyyətli, pozitiv, gülərüz və nəzakətli;
- Şəxsi avtomobili olmalı.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük, 09:00-18:00;
- Maşın amortizasiya və telefon xərcləri şirkət tərəfindən qarşılanır;