Ev təsərrüfatı meneceri (AGA Business Center)

İşin təsviri

AQA Şirkətlər Qrupu AGA Business Center üçün “Ev təsərrüfatı meneceri” vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

  • Bina və aidiyyəti obyektlər üzrə təmizlik və təsərrüfat işlərinin gündəlik təşkilini və nəzarətini həyata keçirmək;
  • Təmizlik əməkdaşlarının iş bölgüsünü, davamiyyətini və gündəlik fəaliyyətini idarə etmək;
  • Təmizlik qrafiklərinin və planlı təmizlik işlərinin icrasına nəzarət etmək;
  • Təmizlik ləvazimatları və sərfiyyat materiallarının istifadəsini və ehtiyatını idarə etmək;
  • Daxil olan müraciət və şikayətlərin araşdırılmasını və operativ həllini təmin etmək;
  • Təmirdən çıxan sahələrin istifadəyə hazır vəziyyətə gətirilməsinə nəzarət etmək;
  • Texniki nasazlıqlar və digər uyğunsuzluqlar barədə aidiyyəti şöbələri məlumatlandırmaq;
  • Əməkdaşların tabellərinin, davamiyyətinin və məzuniyyət proseslərinin idarə edilməsini təmin etmək;
  • Yeni əməkdaşların işə adaptasiyasını və təlimatlandırılmasını təşkil etmək;
  • Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları icra etmək.

Tələblər

  • Ali təhsil;
  • İdarəetmə və təşkilatçılıq bacarığı;
  • Xanım namizədlərə üstünlük veriləcək;
  • Yaş həddi: 25-40;
  • Komanda ilə işləmək və əməkdaşları effektiv idarə etmək bacarığı;
  • Yüksək məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti;
  • Microsoft Office proqramlarında (Word, Excel, Outlook) işləmək bacarığı;
  • Ünsiyyət, planlaşdırma və problem həll etmə bacarığı;
  • Təmizlik, təsərrüfat və ya inzibati idarəetmə sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Əlavə qeyd:

Ünvan: Xocalı pr. 55, AGA Business Center