İşin təsviri
AQA Şirkətlər Qrupu “İT üzrə texnik” vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Gündəlik nəzarət sistemlərinin (kamera, access control və s.) quraşdırılması;
- DVR və NVR-ın quraşdırılması;
- Printerlərin quraşdırılması (USB və Şəbəkə);
- Windows əməliyyat sisteminin quraşdırılması;
- Turniketlərin quraşdırılması;
- Kabel çəkilişi;
- Aktiv və passiv şəbəkə avadanlıqlarının (Switch, Router, access point) quraşdırılması;
- Biometrik sistemlərin quraşdırılması;
- Verilən tapşırıqların düzgün və vaxtında icra edilməsi.
Tələblər
- İnformasiya Texnologiyaları və ya Kompüter Elmləri üzrə ali təhsil;
- Ən azı 2 il müvafiq sahədə təcrübə;
- Kompüter və şəbəkə avadanlıqları üzrə texniki bilik;
- Microsoft Windows Əməliyyat Sistemi üzrə biliklərin olması;
- Məsuliyyətli və komandada işləmək bacarığı;
- Problemlərin diaqnostikası və həlli bacarığı.
Əlavə məlumat:
Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən olunacaq.