İşin təsviri
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Kiçik auditor vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Vəzifə öhdəlikləri:
- İllik Audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi;
- Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək və qiymətləndirmək.
- Aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi, daxili audit hesabatının hazırlanması;
- Daxili audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi.
Tələblər
- Ali təhsil (İqtisadiyyat,Mühasibatlıq,Audit ,Maliyyə sahəsi üzrə)
- 21-27 yaş aralığı
- Əla səviyyədə Azərbaycan dili (Rus dili biliyi üstünlükdür)
- MS Office proqramları üzrə biliklər (xüsusilə Excel)
- Yaxşı səviyyədə riyazi biliklər və analitik qabiliyyət
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik
Əlavə məlumat
- 5 günlük iş qrafiki: 09:00 – 18:00