İşin təsviri
AQA Şirkətlər Qrupu “Maliyyə üzrə təcrübəçi” vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Maliyyə sənədlərinin (qaimə, hesab-faktura, ödəniş tapşırıqları və s.) düzgün şəkildə işlənməsinə dəstək göstərmək;
- Gündəlik gəlir və xərclərin uçotunun aparılmasında iştirak etmək;
- Bank əməliyyatları, ödənişlər və qalıqların izlənməsi prosesinə yardım etmək;
- Mühasibat və maliyyə hesabatlarının hazırlanmasında maliyyə komandasına dəstək olmaq;
- Maliyyə göstəricilərinin analizində, aylıq və rüblük hesabatların hazırlanmasında iştirak etmək;
- Maliyyə sənədlərinin arxivləşdirilməsi və sistemə düzgün şəkildə daxil edilməsini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq icra etmək.
Tələblər
- Ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
- İş təcrübəsi tələb olunmur;
- MS Office (xüsusən excel) üzrə minimum biliklərə sahib olmalı;
- Məsuliyyətli, diqqətli və öyrənməyə açıq olmaq;
- Analitik düşünmə və rəqəmlərlə işləmək bacarığı;
- Komandada işləmək və vaxt idarəetmə qabiliyyəti;
- Mühasibat və ya maliyyə sahəsində ilkin biliklərə sahib olmaq üstünlükdür.
İş şəraiti:
- Əmək haqqı: 400.00 AZN (gross)
- İş vaxtı: 09:00–dan 13:00 dək və ya 14:00 dan 18:00 dək (Full time üstünlükdür);
- İstirahət günləri: Şənbə və Bazar.
Əlavə məlumat:
- Təcrübəni uğurla başa vuran namizədlərə daimi iş imkanı təklif oluna bilər.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.