İşin təsviri
AQA Şirkətlər Qrupu “Mühasib (Təcrübəçi)” vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Elektrik və digər kommunal xərclər üzrə hesablamaların hazırlanmasında iştirak etmək;
- Debitor borcları üzrə məlumatların gündəlik uçotunun aparılmasında mühasibə dəstək olmaq;
- Elektron qaimə-fakturaların və vergi sənədlərinin hazırlanması;
- Giriş-çıxış sənədlərinin (hesab-faktura, akt, müqavilə və s.) sistemə daxil edilməsinə kömək etmək;
- Debitor borcları üzrə hesabatların hazırlanmasında və yenilənməsində iştirak etmək;
- Satış əməliyyatları üzrə müştəri qaimələrinin hazırlanmasında iştirak etmək;
- Ödənişlərin izlənilməsi və müvafiq siyahıların hazırlanmasına dəstək göstərmək;
- Mühasibatlıq sənədlərinin düzgün arxivləşdirilməsində iştirak etmək;
- Baş mühasibin verdiyi tapşırıqların vaxtında və düzgün icrası;
- Ehtiyac yarandıqda digər mühasibat əməliyyatlarına dəstək göstərilməsi.
Tələblər
- Təhsil: Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil (son kurs tələbələri və ya yeni məzunlar müraciət edə bilər);
- 21-25 yaş aralığı;
- ACCA F3 sertifikatının olması üstünlükdür;
- İş təcrübəsi: Təcrübə tələb olunmur (üstünlükdür);
- MS Office proqramları üzrə biliklər (xüsusilə Excel);
- Yaxşı səviyyədə riyazi biliklər və analitik qabiliyyət;
- Diqqətli, məsuliyyətli və intizamlı olmaq;
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Xanım namizədlərə üstünlük verilir.
Əlavə məlumat
- 5 günlük iş qrafiki: 09:00 – 18:00;
- Əmək haqqı: 400 AZN (gross).
- Təcrübə müddətində strukturlaşdırılmış öyrənmə və peşəkar inkişaf üçün dəstəkləyici iş mühiti təmin edilir.
- Təcrübə dövrünü uğurla tamamlayan namizədlər üçün daimi iş imkanı nəzərdə tutulur.
Vakansiya növü – Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.