İşin təsviri
AQA Şirkətlər Qrupu Caspian Plaza üzrə “Müştəri koordinatoru” vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
- Müştərilərlə əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
- Müəssisənin maraqlarına uyğun müştərilərlə kommersiya danışıqlarının aparılması;
- Müştərilərdən daxil olan məlumatların operativ şəkildə cavablandırması və rəhbərliyin diqqətinə çatdırılması;
- Müştəri ilə görüşlərin və təqdimatların keçirilməsi;
- Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi;
- Müştəri debitor borcları ilə bağlı hesabatların hazırlanması;
- Müştərilərlə bağlanacaq müqavilələrin hazırlanmasını təmin edilməsi;
- Müştərilərdən gələn bütün növ müraciətlərin həll olunması üçün müvafiq addımların atılması;
- Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil;
- Satış sahəsində minimum 1 ilə qədər iş təcrübəsi;
- Bacarıqlar: Aktiv satış bacarığı, şifahi və yazılı olaraq yüksək ünsiyyətqurma bacarığı, dəqiqlik və diqqətlilik, məsuliyyətlilik;
- Dil bilikləri: Azərbaycan dilini əla səviyyədə bilmək; İnglis dili, rus dili (üstünlükdür);
- Kompüter bilikləri: Excel (yaxşı səviyyədə);
- Üstünlüklər: Xanım namizədlər, CRM bilikləri, Marketing sahəsi üzrə biliklər.
Əlavə məlumatlar:
İş qrafiki: Həftə içi 5 gün, 09:00-18:00;
İstirahət günləri: şənbə və bazar;
Əmək haqqı: 660.00 AZN net.