Növbə rəisi

13 Avqust 2026
700 - 700

İşin təsviri

  1. Növbə ərzində növbətçi, qeydiyyatçı və vale əməkdaşlarının işini təşkil etmək.
  2. Əməkdaşları xidmət postlarına təyin etmək və gündəlik xidməti təlimatları vermək.
  3. Növbə ərzində obyekt üzrə mühafizə, giriş-çıxış, qonaq qeydiyyatı və xidmət qaydalarının icrasına nəzarət etmək.
  4. Postlarda olan inventar, blank, jurnal, açar və digər təhvil verilmiş vasitələrin qəbulunu və təhvilini nəzarətdə saxlamaq.
  5. Növbətçilərdən daxil olan məlumatları dəqiqləşdirmək, zəruri hallarda təhlükəsizlik şöbəsinin rəisinə məlumat vermək.
  6. Növbətçi və qeydiyyatçılar tərəfindən QR sisteminin, giriş-çıxış və qeydiyyat qaydalarının düzgün tətbiqinə nəzarət etmək.
  7. Növbə zamanı baş vermiş hadisələri, göstərişləri və xidməti qeydləri növbəni qəbul edən əməkdaşa düzgün təhvil vermək.
  8. Obyekt daxilində xidmətin təşkilini yoxlamaq, aşkar edilən nöqsanların aradan qaldırılması üçün tədbir görmək.
  9. İnsident, mübahisə, fövqəladə hal, tibbi hal və təhlükəli vəziyyət barədə rəhbərə vaxtında məlumat vermək.
  10. Tabeliyində olan əməkdaşların forma geyimi, xidməti davranışı, davamiyyəti və intizamına nəzarət etmək.
  11. İşçilər, müştərilər və qonaqlarla münasibətdə nəzakətli və korrekt xidmət standartlarına riayət olunmasını təmin etmək.

Tələblər

  1. Orta ixtisas və ya ali təhsil.
  2. Mühafizə və ya oxşar sahədə minimum 2 il iş təcrübəsi.
  3. Komanda idarəetmə bacarığı.
  4. Növbəli iş rejimində işləməyə hazır olmaq.
  5. Məsuliyyətli, intizamlı və operativ olmaq.
  6. Azərbaycan dilini sərbəst bilmək, rus dili arzuolunandır.
  7. Kompüterdən baza səviyyəsində istifadə bacarığı.
  8. Hərbi xidmət keçmiş olmaq.