İşin təsviri
AQA Şirkətlər Qrupu Caspian Plaza üçün “Qeydiyyatçı” vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Gələn müştərilərin və qonaqların qarşılanması və qeydiyyata alınması;
- Müştəri məlumatlarının Bazaya daxil edilməsi;
- Müştərilərin və qonaqların suallarının cavablandıırlması;
- İşlə bağlı məlumatların və problemlərin rəhbərliyə çatdırılması;
- Xidmətlərin keyfiyyətli və ən yüksək səviyyədə göstərilməsi;
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil (magistr təhsili olanlara üstünlük verilir);
- Ümumilikdə ən az 1 il iş təcrübəsi;
- Cins: Kişi
- Azərbaycan dilində sərbəst danışması mütləqdir (Rus və ingilis dilini bilməsi arzu olunandır);
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- MS Office proqramları, xüsusən Exceli bilməli.
Əlavə qeyd:
- Əmək haqqı: 400.00 AZN net + bonus