İşin təsviri

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Rəqəmsal media üzrə intern vakansiyası elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

  • Rəqəmsal media strategiyasının hazırlanmasında yaxından iştirak;
  • Rəqəmsal media layihələrinin icrasında birbaşa iştirak;
  • Həftəlik sosial media paylaşımlarının hazırlanması və planlanılması;
  • Sosial mediaya daxil olan sorğuların cavablandırılması;
  • Rəqəmsal media təqdimatlarının hazırlanması.

Tələblər

  • Yüksək səviyyədə ingilis dili biliyi;
  • Kreativ, ünsiyyətcil və sosial media platformasında aktiv olmaq;
  • Trendləri izləmək və tətbiq etmək bacarığı;
  • Mobil videoların çəkilişi və editlənməsi sahəsinə maraq;
  • Effektiv kommunikasiya və komanda ilə işləmək bacarığı.
  • CapCut, iMovie kimi videomontaj proqramlarını bilmək üstünlükdür.