İşin təsviri
AQA Şirkətlər Qrupu “Smeta və layihə mütəxəssisi” vakansiyasını elan edir:
Vəzifə öhdəlikləri:
- Gündəlik daxil olan sifarişlərin təyinatı üzrə yoxlanılması;
- Hazırlanmış layihələr haqqında məlumatların toplanması və analiz edilməsi;
- Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərini etmək;
- Material sərfini və tikinti-quraşdırma, təmir və digər işlərinin həcminin yoxlanılmasını təmin etmək;
- Layihəyə dair aylıq texniki hesabatları tərtib etmək (xərc analizi) və hesabatlarla (material, texniki, aktlar) işləməyi bacarmaq;
- Smeta əsasında yazılan sifarişlərin toplamının smeta ilə üzləşdirilməsi;
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
- Söküntüyə nəzarət edilməsi, yararlı malların daşınması üçün aktın tərtib edilməsinə nəzarət edilməsi;
- Anbarların mütəmadi reviziyasının həyata keçirilməsi;
- Sifarişdən kənar alınan malların aşkar edilməsi;
- Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə);
- Kompüter bilikləri: MS Office proqramları, (AutoCAD və digər proqram bilikləri əlavə üstünlük hesab olunur);
- Dil bilikləri: Azərbaycan dili (digər dil bilikləri əlavə üstünlük hesab olunur);
- İş təcrübəsi: Müvafiq sahədə 1 ildən az olmayaraq iş stajı;
- Layihə smeta işlərinin hazırlanması üçün hüquqi-normativ sənədlərlə işləmək bacarığı;
- Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını, müvafiq qanunvericilik aktları və normalarını bilmək;
- Bəy namizədlərə üstünlük verilir;
- Punktual və ünsiyyətcil olması;
- Analitik düşüncə bacarığı;
- Ünsiyyət və komandada işləmək bacarıqları;
- İşinə məsuliyyətli və dəqiq yanaşmalı;
- Təşkilatçılıq bacarıqlarına malik olmalı;
- Detallara diqqət yetirməyi bacarmalı.
Əlavə məlumat:
İş qrafiki: Bazar ertəsi-Cümə, istirahət günləri: Şənbə və bazar;
İş saatı: 09:00-18:00;
Əmək haqqı: 1200.00 AZN net.