İşin təsviri
Digitale Agency 2023-cü ildən fəaliyyət göstərən rəqəmsal reklam agentliyidir. Bir neçə istiqamətdə fəaliyyət göstərən agentlik müştərilərə əsasən rəqəmsal marketinq, podcast və reklam çəkilişləri, biznes mərkəzlərdə reklam yerləşdirilməsi xidmətlərini təklif edir.
Vəzifə öhdəlikləri:
- Sosial media kontent videolarının montajı;
- Podcast və reklam videolarının montajı;
- Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Azərbaycan dilində səlis yazı və fikirlərini ifadə etməsi. İngilis dili arzuolunandır;
- Adobe Premiere, After Effects proqramlarında baza biliklərinin olması, (DaVinci
- Resolve arzuolunandır)
- Trend və yeni montaj stilistikalarından xəbərdar olmaq;
- Deadlinelara əməl etmək və işlərin vaxtında təhvil verilməsi;
- Yaradıcı yanaşma;
- Yeniliklərə açıq olmaq.
Əlavə məlumat:
- İş günləri: 5 günlük iş qrafiki, şənbə və bazar istirahət günləri;
- İş saatı: 10:00-19:00.
- Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən olunacaq.