İşin təsviri
- Pivot operatorlarının gündəlik fəaliyyətinə nəzarət etmək və iş bölgüsünü təşkil etmək
- Pivotların check list üzrə yoxlanmasına nəzarət və nəticələrin düzgünlüyünü təmin etmək
- Pivotların suvarma üçün vaxtında və düzgün işə salınmasını təşkil etmək
- Suvarma prosesinin normativlərə uyğun aparılmasına nəzarət etmək
- Suvarma normalarının düzgün tətbiqinə və optimallaşdırılmasına nəzarət etmək
- Pivot sistemlərində yaranan nasazlıqları vaxtında aşkar etmək və aradan qaldırılmasını təşkil etmək
- Batan pivotların çıxarılması prosesinə rəhbərlik etmək
- Pivot təkər izlərinin doldurulması işlərini koordinasiya etmək
- Suvarma keyfiyyətinin yoxlanılması və sınaqların prosedura uyğun aparılmasına nəzarət etmək
- Suya qənaət və resurslardan səmərəli istifadənin təmin olunmasına nəzarət etmək
- Mövsümə uyğun olaraq pivotların hazırlanmasını (xüsusilə qışa hazırlıq) təşkil etmək
- Avadanlıqların, texnikanın və nəqliyyat vasitələrinin düzgün istifadəsinə və qorunmasına nəzarət etmək
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- SƏTƏM qaydalarına və şirkət daxili prosedurlara riayət olunmasına nəzarət etmək.
Tələblər
- Pivot suvarma sistemləri üzrə dərin bilik
- Liderlik və komanda idarəetmə bacarığı
- Problemləri operativ həll etmə qabiliyyəti
- Məsuliyyətli, dəqiq və təşəbbüskar olmaq
- Texniki biliklər (elektrik və mexanika üzrə ilkin biliklər üstünlükdür).