Oxşar aktiv elanlar
- Fəhlə-Samux regionuAgro Dairy · 6 gün əvvəl
- Satış məsləhətçisi (Samux)Kontakt Home · 3 noyabr 2026
- Boya mətbəxi operatoruGiltex MMC · Bu gün
- ElektrikFoton · Bu gün
- UstaZəfər bağları · Dünən
- Texniki ustaSRJ avto servis · Dünən
Vakansiya haqqında
Təsvir
- Pivot suvarma sistemləri ilə suvarılan sahələrdə aqrotexniki işlərin təşkil və nəzarət edilməsi;
- Əkin sahələrinin gündəlik monitorinqinin aparılması və bitkilərin inkişaf vəziyyətinin qiymətləndirilməsi;
- Torpağın nəmliyinin, bitkinin vegetasiya mərhələsinin və hava şəraitinin nəzərə alınaraq suvarma qərarlarının verilməsi;
- Gübrələmə, dərmanlama və digər aqrotexniki tədbirlərin planlaşdırılması və icrasına nəzarət;
- Alaq otları, xəstəliklər və zərərvericilərin vaxtında müəyyən edilməsi və mübarizə tədbirlərinin təşkil edilməsi;
- Sahə üzrə məhsuldarlığın artırılması məqsədilə aqrotexniki tədbirlərin təkmilləşdirilməsi;
- Texnika və sahə işçilərinin fəaliyyətinin koordinasiya edilməsi;
- Məhsulun inkişaf dinamikasının izlənilməsi və rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi;
Tələblər
- Aqronomluq və ya müvafiq kənd təsərrüfatı ixtisası üzrə ali təhsil;
- Aqronom vəzifəsində 1-2 il iş təcrübəsi
- Suvarma, gübrələmə və bitki mühafizəsi üzrə praktiki biliklər;
- Torpaq və bitki analizlərinin nəticələrini düzgün qiymətləndirmək bacarığı;
- Sahə şəraitində işləməyə uyğunluq;
- Komanda ilə işləmək və işçiləri koordinasiya etmək bacarığı;
- Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
- B kateqoriyalı sürücülük vəsiqəsi arzuolunandır.
Əlavə məlumat
- Təcrübə: 1-2 il
- Vəzifə səviyyəsi: Mütəxəssis
- Təhsil: Bakalavr