Aşbaz (Ceyrançöl təsərrüfatı)

İşin təsviri

  • Müəssisə tərəfindən təsdiq olunmuş mövsümi (yay və qış) menyulara uyğun olaraq qidaların hazırlanmasını təmin etmək.
  • Yeməklərin paylanılması zamanı hər bir işçiyə düşən porsiyanın eyni miqdarda və ədalətli şəkildə servis edilməsini təmin etmək.
  • İşçi sayına mütənasib olaraq gündəlik qidalanma prosesinin operativ və vaxtında icrasına cavabdehlik daşımaq.
  • Mətbəxin və yeməkxana zalının ümumi təmizliyini, habelə sanitar-gigiyenik vəziyyətini daim nəzarətdə saxlamaq.
  • Günlük istifadə olunan ərzaqların keyfiyyətini yoxlamaq və xarab olmuş məhsulların istifadəsinin qarşısını almaq.
  • Ərzaq anbarındakı qalıqları nəzərə alaraq növbəti dövrlər üçün tələb olunan məhsulların sifariş siyahısını hazırlamaq.
  • Mətbəxdəki texnoloji avadanlıqların (soba, soyuducu, kəsici alətlər) düzgün və təhlükəsiz istismarını təmin etmək.
  • Məhsul yığımı və ya əkin mövsümü zamanı tarlada çalışan işçilər üçün yeməklərin daşına bilən qablarda (termos və ya birdəfəlik qablar) paketlənməsini təşkil edir.
  • Hazırlanan yeməklərin dad, görünüş və bişmə dərəcəsinin müəyyən olunmuş standartlara uyğunluğuna cavabdehlik daşımaq.

Tələblər

  • Aşpazlıq ixtisası üzrə diplom və ya müvafiq peşə sertifikatına sahib olmaq.
  • Kütləvi iaşə sektorunda, xüsusilə böyük işçi qrupları üçün xidmət sahəsində 3 ildən az olmayan iş təcrübəsi tələb olunur.
  • İlin fəsillərinə uyğun olaraq yay və qış menyularının tətbiqi və mövsümi qidaların hazırlanması bacarığına malik olmalıdır.
  • Qida təhlükəsizliyi (HACCP), sanitariya və gigiyena qaydaları haqqında biliklərə sahib olmalıdır.
  • Azərbaycan milli mətbəxinin geniş çeşidli yeməklərini peşəkar səviyyədə bişirməyi bacarmalıdır.
  • Komanda daxilində operativ işləmək, nizam-intizam qaydalarına və daxili etikaya ciddi əməl etməlidir.
  • Müvafiq dövlət qurumları tərəfindən təsdiq edilmiş aktual sağlamlıq arayışına (sanitar kitabçası) malik olmalıdır.