İşin təsviri
- Sahədə avtomatik idarəetmə sistemlərinin, sensorların, PLC qurğularının düzgün işləməsini təmin etmək.
- Silo avadanlıqlarında istifadə olunan avtomatlaşdırma sistemlərinin gündəlik yoxlamasını aparmaq.
- Baş vermiş nasazlıqları diaqnostika etmək və təmir işlərini yerinə yetirmək.
- Yeni qurğuların və sistemlərin quraşdırılmasında iştirak etmək və ilkin sazlamalarını həyata keçirmək.
- Tabeçilində olan avadanlıq və qurğuların ehtiyat hissələrinin hesabatını rəhbərliyə təqdim etmək.
- Silo rəhbərliyinə avadanlıqlardakı dəyişikliklər, nasazlıqlar və təmir ehtiyacları barədə hesabat vermək.
Tələblər
- Avtomatika, elektrik/elektronika, mekatronika və ya oxşar sahə üzrə texniki kollec/bakalavr dərəcəsi
- Sənaye avtomatikası üzrə minimum 3 il təcrübə (xüsusən kənd təsərrüfatı və ya proses sənayesi)
- Elektrik sxemləri, montaj və servis işlərində təcrübə
- Sensor, sürücü, nasos, klapan və rabitə şəbəkələrində nasazlıq aradan qaldırma bacarığı
- Komandada əməkdaşlıq və effektiv ünsiyyət