Kiçik SƏTƏM Mütəxəssisi-Padarçöl təsərrüfatı

İşin təsviri

  • Müəssisənin ərazilərində SƏTƏM tələblərinə əməl olunmasına nəzarət etmək;
  • Gündəlik və planlı SƏTƏM yoxlamalarında iştirak etmək, aşkar edilmiş uyğunsuzluqları qeyd etmək və aradan qaldırılmasını izləmək;
  • Risk qiymətləndirmələrinin hazırlanması və yenilənməsində iştirak etmək;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə işçilərin məlumatlandırılması və təlimlərində iştirak etmək;
  • SƏTƏM üzrə hesabatların, yoxlama aktlarının, checklistlərin və digər sənədlərin hazırlanmasına dəstək olmaq;
  • Hadisə, qəza və təhlükəli vəziyyətlərin araşdırılmasında iştirak etmək;
  • Düzəldici və qabaqlayıcı tədbirlərin icrasını izləmək;
  • Fərdi mühafizə vasitələrindən və iş avadanlıqlarından düzgün istifadə olunmasına nəzarət etmək;
  • Yanğınsöndürmə vasitələri, yanğın şitləri və digər təhlükəsizlik avadanlıqlarının vəziyyətinə nəzarət etmək;
  • Fövqəladə hallara hazırlıq və təxliyə tədbirlərində iştirak etmək;
  • SƏTƏM prosedur, təlimat və digər sənədlərinin hazırlanması və yenilənməsinə dəstək olmaq;
  • Rəhbərliyin tapşırıqlarına uyğun digər SƏTƏM fəaliyyətlərini həyata keçirmək.

Tələblər

  • Ali təhsil – SƏTƏM, əməyin mühafizəsi, texniki və ya mühəndislik istiqaməti üzrə;
  • SƏTƏM sahəsində iş təcrübəsi arzuolunandır;
  • Risk qiymətləndirməsi və SƏTƏM yoxlamaları üzrə anlayış;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Sənədləşdirmə və hesabat hazırlamaq bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və analitik düşünmə;
  • Komandada işləmək və əməkdaşlarla effektiv ünsiyyət qu