Mexanik (Təmir və Texniki Xidmət)-Padarçöl

İşin təsviri

  • Obyekt daxilində mexaniki avadanlığın davamlı istismarı, iş üçün əlverişli şəraitin yaradılmasını və tələb olunan standartlara əməl edilməsini təmin edilmək.
  • Yeni təkmilləşdirmələr və layihələr üçün mexaniki tapşırıqların hazırlanması.
  • İstehsal üçün texniki hazırlığı təmin edən maşın və avadanlıqlar üçün müntəzəm yoxlanışların, sınaqların və profilaktik texniki baxışın həyata keçirilməsi.
  • Mexaniki avadanlıqlara texniki qulluq və təmir üçün sistemli bir qrafikin hazırlanması.
  • Əməyin təhlükəsizliyi, işçilərin sağlamlığı və ətraf mühitin mühafizəsi ilə bağlı qaydalara və təcrübələrə riayət etmək.
  • İstifadə olunan avadanlıq, maşın və alətlərlə bağlı təlimat kitabçalarının və sənədlərin hazırlanması.

Tələblər

  • Müvafiq sahədə praktik təcrübə
  • Peşə və ya orta ixtisas təhsilli
  • Sürücülük vəsiqəsinin olması üstünlükdür.