İşə başlamazdan əvvəl kənd təsərrüfatı maşınlarının bütün mexanizmlərinin və təhlükəsizlik avadanlıqlarının texniki vəziyyətini yoxlamaq;
Kənd təsərrüfatı texnikasında aşkar edilmiş nasazlıqları dərhal rəhbərliyə bildirmək və zərurət yarandıqda onların aradan qaldırılmasında iştirak etmək;
İş zamanı texniki və yanğın təhlükəsizliyi qaydalarına ciddi şəkildə əməl etmək;
Texnoloji rejim normalarına, texnoloji reqlament və təlimatlara tam şəkildə riayət etmək;
Aqrotexniki işlər aparılarkən kənd təsərrüfatı maşınları ilə işləmə qayda və normativlərinə əməl etmək;
Dərman səpən qurğularda dərmanların hazırlanmasını yalnız aqronom və ərazi nümayəndəsinin iştirakı ilə həyata keçirmək və bu zaman müvafiq Fərdi Mühafizə Vasitələrindən (FMV) istifadə etmək.
Tələblər
Traktor və digər kənd təsərrüfatı texnikalarını idarə etməyə icazə verən müvafiq sürücülük vəsiqəsinin (kateqoriyanın) olması;
Kənd təsərrüfatı texnikasının istismarı və texniki baxışı ilə bağlı əsas (sadə) biliklərin olması;
Texniki sahədə işləmək motivasiyası və öyrənməyə həvəs;
Məsuliyyətli, intizamlı və komanda ilə işləmək bacarığı.