İşin təsviri
- Pivotların Check-list üzrə yoxlanmasını həyata keçirmək: əyilməni, hərəkət trayektoriyasını, manometri, təzyiq tənzimləyicilərini, su borularını, qum tutucuları, su çiləyicilərini, təkərləri, motorları və kardanları yoxlamaq.
- Pivotları suvarma üçün işə salmaq və təyin olunmuş qaydada düzgün idarə etmək.
- Batan pivotları çıxarmaq və pivotların təkər izlərini doldurmaq.
- Soyuq hava şəraitində pivotları qış mövsümü üçün hazırlamaq, o cümlədən pivot daxilində olan suları tam boşaltmaq.
- Suvarma normalarını düzgün şəkildə daxil etmək.
- Suvarma sistemlərinin düzgün işləməsini, səmərəli suya qənaət olunmasını və keyfiyyət standartlarına uyğunluğunu təmin etmək üçün suvarma keyfiyyətini prosedura uyğun olaraq mütəmadi sınaqdan keçirmək.
- Şirkət tərəfindən təyin edilmiş nəqliyyat vasitələrindən, avadanlıqlardan və alətlərdən düzgün istifadə etmək, onlara qulluq göstərmək və inventarizasiya aparmaq.
- Vəzifə öhdəliklərini şirkətin siyasətinə və qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirmək.
Tələblər
- Pivotların iş prinsipini bilmək.
- Suvarma sistemləri ilə bağlı texniki biliklərə sahib olmaq.
- Ciddi, məsuliyyətli və dəqiq olmaq.
- İşgüzar olmaq və verilən tapşırıqları vaxtında yerinə yetirmək.
- Komandada işləmə bacarığına sahib olmaq.
- Texniki nasazlıqları ilkin mərhələdə müəyyən etmək bacarığına malik olmaq.
- Təhlükəsizlik qaydalarına riayət etmək.
- Elektrik sahəsi üzrə məlumata sahib olmaq (üstünlükdür).
- Sürücülük vəsiqəsinə malik olmaq (üstünlükdür).
- Kənd təsərrüfatı avadanlıqları ilə işləmə təcrübəsinin olması (üstünlükdür).