İşin təsviri
- Avtomobili təhlükəsiz və məsuliyyətli şəkildə idarə etmək.
- Marşrutlara riayət etmək və səmərəli çatdırılmanı təmin etmək.
- Nəqliyyat vasitəsinin texniki vəziyyətini müntəzəm yoxlamaq (yağ səviyyəsi, təkərlərin vəziyyəti, səs-küy, əyləc və s.).
- Avtomobilin təmizliyini və işə yararlılığını təmin etmək
- Müştərilərə və ya partnyorlara məhsul və ya sənədlərin vaxtında çatdırılması.
- Götürülən və təhvil verilən yüklərin düzgünlüyünü yoxlamaq, sənədlərlə uyğunlaşdırmaq.
- Malın daşınması zamanı zədələnməməsinə nəzarət etmək.
- Yükləmə və boşaltma işlərində iştirak etmək (lazım gəldikdə fiziki güc tələb oluna bilər).
- Təhvil-təslim aktları, qaimə-fakturalar və ya digər daşıma sənədlərini düzgün doldurmaq və imzalatmaq.
- Çatdırma prosesində baş verən fors-major hallar barədə rəhbərliyə məlumat vermək.
- Gündəlik hesabatlar və ya marşrut jurnalı aparmaq
- Nəqliyyat koordinatoruna mütəmadi hesabat vermək
- Müştərilərlə,təchizatçıları və ya qəbul edən tərəflə nəzakətli və məsuliyyətli ünsiyyət qurmaq.
- Avtomobilin texniki baxışlarının vaxtında keçirilməsini təmin etmək.
- Yol hərəkəti qaydalarına və şirkətin daxili nəqliyyat siyasətinə riayət etmək.
- Qəzaların və ya nasazlıqların dərhal bildirilməsi.
Tələblər
- Sürücü-Ekspeditor kimi minimmum 3 il iş təcrübəsi
- Müvafiq sürücülük vəsiqəsi (B, C kateqoriyası, işə görə dəyişə bilər).
- Yaxşı naviqasiya bacarığı və şəhər/marşrut bilgisi.
- Fiziki dözümlülük və məsuliyyətli yanaşma.
- Stressə davamlılıq və vaxtında işləmə bacarığı.