İşin təsviri
- Şirkətin bütün müəssisələri üzrə yanğın təhlükəsizliyi siyasətinin, prosedurlarının, standartlarının və proqramlarının hazırlanmasını, tətbiq olunmasını və mütəmadi yenilənməsini təmin etmək;
- Yanğın təhlükəsizliyi sahəsində qüvvədə olan qanunvericiliyin, normativ-hüquqi aktların və daxili standartların tələblərinə uyğunluğa nəzarət etmək;
- Zavodlar, anbarlar, fermalar, inzibati binalar və digər obyektlər üzrə müntəzəm yoxlama və auditlərin keçirilməsini təmin etmək;
- Yanğın risklərinin müəyyən edilməsini, qiymətləndirilməsini və risklərin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsini koordinasiya etmək;
- Uyğunsuzluqlar üzrə korrektiv tədbirlərin və fəaliyyət planlarının icrasına nəzarət etmək;
- Təxliyə planlarının, fövqəladə hallara cavab prosedurlarının və digər əlaqəli sənədlərin hazırlanmasını və yenilənməsini təmin etmək;
- Yanğınsöndürmə vasitələrinin, siqnalizasiya sistemlərinin, hidrantların və digər yanğın təhlükəsizliyi avadanlıqlarının texniki vəziyyətinə nəzarət etmək;
- Yanğın və təxliyə təlimlərinin, fövqəladə hallar üzrə məşqlərin təşkil edilməsini və koordinasiya olunmasını təmin etmək;
- Fövqəladə Hallar Nazirliyi ilə yoxlamalar, auditlər və digər rəsmi proseslər çərçivəsində əsas əlaqələndirici şəxs qismində çıxış etmək;
- Yoxlamalar zamanı aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması prosesini izləmək və nəzarətdə saxlamaq;
- Əməkdaşlar və podratçı təşkilatlar üçün yanğın təhlükəsizliyi üzrə təlimlərin, maarifləndirmə sessiyalarının və induksiya proqramlarının keçirilməsini təmin etmək;
- anğın təhlükəsizliyi göstəricilərinin monitorinq edilməsini və rəhbərliyə mütəmadi hesabatların təqdim olunmasını təmin etmək;
- Müxtəlif müəssisə və struktur bölmələri üzrə yanğın təhlükəsizliyi fəaliyyətlərinin koordinasiya olunmasını təmin etmək.
Tələblər
- Yanğın təhlükəsizliyi, fövqəladə hallar və ya müvafiq texniki sahə üzrə ali və ya xüsusi təhsilinə malik olmaq;
- Yanğın təhlükəsizliyi sahəsində minimum 10 il peşəkar iş təcrübəsinə malik olmaq;
- Azərbaycan Respublikasının yanğın təhlükəsizliyi üzrə qanunvericiliyini və normativ-hüquqi tələblərini dərindən bilmək;
- AZS, SNIP, NFPA, EN və digər yerli və beynəlxalq standartlar üzrə bilik və praktiki tətbiq təcrübəsinə malik olmaq;
- Yanğın risklərinin qiymətləndirilməsi, təhlükələrin müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin hazırlanması sahəsində təcrübəyə malik olmaq;
- Yanğın təhlükəsizliyi üzrə audit, yoxlama və uyğunluq qiymətləndirmələrinin aparılması bacarığına malik olmaq;
- Təlimlərin keçirilməsi, prosedurların hazırlanması və əməkdaşların maarifləndirilməsi sahəsində təcrübəyə malik olmaq üstünlük hesab edilir;
- MS Office proqramlarında sərbəst işləmək bacarığına malik olmaq;
- Mütəmadi ezamiyyətlərə və regionlara səfər etməyə hazır olmaq;
- Sürücülük vəsiqəsinə malik olmaq və nəqliyyat vasitəsini sərbəst idarə etmək;
- Analitik düşünmə, yüksək ünsiyyət və təşkilatçılıq bacarıqlarına malik olmaq.