İşin təsviri
Vəzifə öhdəlikləri
Tender mərhələsi
- Dövlət və özəl satınalma portallarında (məsələn, etender.gov.az) elanların gündəlik monitorinqi
- Şirkətin fəaliyyət sahəsinə uyğun tenderlərin seçilməsi və analiz edilməsi
- Tender sənədlərinin (texniki tapşırıq, spesifikasiya və s.) ətraflı araşdırılması
- Uyğunluq analizinin aparılması (şirkətin tələblərə cavab verib-verməməsi)
- Təklif sənədlərinin hazırlanması (kommersiya təklifi, texniki təklif və s.)
- Qiymətlərin hesablanması və rentabelliyin analiz edilməsi
- Lazımi arayışların və sənədlərin (vergi, bank, lisenziya və s.) toplanması
- Tender portalına sənədlərin düzgün və vaxtında yüklənməsi
- Sifarişçi tərəfindən verilən sualların cavablandırılması
- Tender prosedurlarının qanunvericiliyə uyğun aparılmasına nəzarət
Tender udulduqdan sonra (Full proses idarəetməsi)
Müqavilə və hüquqi mərhələ
- Tender nəticələrinə əsasən müqavilənin hazırlanmasına və razılaşdırılmasına nəzarət
- Müqavilə şərtlərinin (çatdırılma müddəti, ödəniş şərtləri və s.) yoxlanılması
- Müqavilənin imzalanma prosesinin koordinasiyası
- Sifarişçi ilə rəsmi yazışmaların aparılması
Kommunikasiya və sorğuların idarəsi
- Portal və e-mail vasitəsilə daxil olan sorğuların operativ cavablandırılması
- Yaranan problemlərin araşdırılması və həll yollarının təqdim edilməsi
- Müştəri ilə davamlı əlaqənin saxlanılması
- Layihə üzrə statusların izlənməsi və hesabat verilməsi
Təchizat və logistika
- Tender üzrə tələb olunan malların siyahısının hazırlanması
- Təchizatçılarla əlaqə saxlanılması və qiymət təkliflərinin alınması
- Malların sifarişi və çatdırılma prosesinə nəzarət
- Anbara qəbul prosesinin təşkili
- Malların keyfiyyət və uyğunluq yoxlaması
Satış və uçot (ERP sistemi)
- Malların ERP sisteminə daxil edilməsi (məsələn, 1C:Enterprise)
- Satış sənədlərinin hazırlanması (qaimə, hesab-faktura və s.)
- Mühasibatlıq ilə koordinasiya
- Maliyyə əməliyyatlarının izlənməsi
Hesabat və bağlanış
- Tender layihəsinin yekun hesabatının hazırlanması
- Müqavilə öhdəliklərinin tam icrasına nəzarət
- Sifarişçinin qəbul aktlarının alınması
- Layihənin bağlanması və arxivləşdirilməsi
İş Şərtlərimiz:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əmək haqqı razılaşma ilə
- 6 günlük iş rejimi
- Ünvan: Abşeron Ticarət Mərkəzi
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Tender mütəxəssisi” sözlərini qeyd edərək hr@amperelektrik.az elektron poçt ünvanına göndərsinlər.