İşin təsviri
ARASH Company komandasına texniki düşüncəyə, problem həll etmə bacarığına və müştərilərlə peşəkar ünsiyyət qurmaq qabiliyyətinə malik Servis Mühəndisi axtarır.
Bu vəzifə tibbi, estetik, dermatoloji və stomatoloji avadanlıqların quraşdırılması, texniki xidməti, diaqnostikası və təmirini əhatə edir. Servis Mühəndisi əsasən müştəri ünvanlarında fəaliyyət göstərəcək, texniki problemləri yerində müəyyən edib aradan qaldıracaq, eyni zamanda xarici istehsalçıların texniki komandaları ilə birbaşa əməkdaşlıq edəcək.
Texnologiyaya marağın varsa, texniki problemləri həll etməyi sevirsənsə və beynəlxalq istehsalçılarla işləyərək mühəndis kimi inkişaf etmək istəyirsənsə, səni komandamızda görməkdən məmnun olarıq.
Əsas vəzifələr
- Tibbi, estetik, dermatoloji və stomatoloji avadanlıqların quraşdırılması və istismara verilməsi;
- Müştəri ünvanlarında avadanlıqların texniki diaqnostikası və təmirinin həyata keçirilməsi;
- Planlı profilaktik texniki xidmətlərin həyata keçirilməsi;
- Avadanlıqlarda yaranan hardware və software problemlərinin müəyyən edilməsi və aradan qaldırılması;
- Nasaz ehtiyat hissələrinin və modulların müəyyən edilməsi və dəyişdirilməsi;
- Avadanlıqların kalibrasiyası, texniki göstəricilərinin və təhlükəsizlik parametrlərinin yoxlanılması;
- Müştərilərə məsafədən texniki dəstəyin göstərilməsi;
- Avadanlıqların düzgün istifadəsi və gündəlik texniki qulluq qaydaları üzrə müştərilərə ilkin təlimlərin keçirilməsi;
- Görülmüş işlərlə bağlı servis hesabatlarının və texniki sənədlərin hazırlanması;
- Texniki problemlərin həlli məqsədilə xarici istehsalçıların mühəndisləri və texniki dəstək komandaları ilə ingilis dilində yazılı və şifahi kommunikasiyanın aparılması;
- İstehsalçıların texniki manual, servis təlimatları və digər texniki sənədləri ilə işləmək;
- Bakı və Azərbaycanın digər bölgələrində müştəri ünvanlarına servis səfərlərinin həyata keçirilməsi;
- İl ərzində ehtiyac yarandıqda xaricdə istehsalçıların texniki təlimlərində iştirak etmək.
Namizədə tələblər
- Elektrik Mühəndisliyi, Elektronika Mühəndisliyi, Mexatronika, Biotibbi Mühəndislik, Avtomatlaşdırma və İdarəetmə, Telekommunikasiya/Radio Mühəndisliyi və ya digər uyğun texniki ixtisas üzrə ali və ya texniki təhsil;
- Servis, texniki xidmət və ya mühəndislik sahəsində 1-2 il iş təcrübəsi üstünlük hesab olunur;
- Güclü texniki biliklərə malik yeni məzunların müraciətləri də nəzərdən keçiriləcək;
- Tibbi avadanlıqlarla iş təcrübəsi üstünlükdür, lakin mütləq tələb deyil;
- Elektrik və elektronika üzrə baza bilikləri;
- Texniki problemlərin sistemli şəkildə diaqnostikası və həlli bacarığı;
- İngilis dili – minimum B2 səviyyəsi (mütləqdir);
- Texniki sənədləri və servis manual-larını ingilis dilində oxumaq və anlamaq bacarığı;
- Rus dilini bilmək üstünlük hesab olunur;
- B kateqoriyalı sürücülük vəsiqəsi (mütləqdir);
- Azərbaycan daxilində ezamiyyətlərə və zərurət yarandıqda xarici texniki təlimlərə hazır olmaq;
- Müştərilərlə peşəkar ünsiyyət qurmaq bacarığı;
- Məsuliyyətli, punktual və nəticəyönümlü olmaq;
- Müstəqil işləmək və operativ qərar vermək bacarığı;
- Öyrənməyə və yeni texnologiyaları mənimsəməyə yüksək motivasiya.
İş şəraiti
- İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Şənbə: 09:00 – 15:00
- İş yeri: ARASH Company, F. İbrahimbəyov küç. 19, Bakı və müştəri ünvanları
- İş rejimi: Tam ştat
- Əməkhaqqı: 800 AZN NET
- Sınaq müddəti: 3 ay
- Sınaq müddətində sabit əməkhaqqı ödənilir;
- 3 aylıq sınaq müddəti uğurla başa çatdıqdan sonra sabit əməkhaqqına əlavə olaraq performansa əsaslanan bonus sistemi tətbiq olunur;
- Servis səfərləri ilə əlaqədar yanacaq xərcləri şirkət tərəfindən qarşılanır.
Biz nə təklif edirik?
- Beynəlxalq tibbi avadanlıq istehsalçıları ilə birbaşa işləmək imkanı;
- İstehsalçıların yerli və xarici texniki təlimlərində iştirak;
- Xaricdə keçirilən ixtisaslaşmış servis və mühəndislik təlimlərində iştirak perspektivi;
- Praktiki olaraq müxtəlif və yüksək texnologiyalı avadanlıqlarla işləmək imkanı;
- Peşəkar inkişaf və karyera yüksəlişi;
- Performansa əsaslanan bonus sistemi;
- İş üçün zəruri texniki alətlər və avadanlıqlar;
- İş üçün noutbuk;
- Korporativ mobil nömrə;
- Ofisdə ödənişsiz nahar;
- Korporativ tədbirlər və komanda fəaliyyətləri.
Maraqlanan namizədlərdən CV-lərini hr@adb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Məktubun mövzu hissəsində “Servis Mühəndisi” qeyd etməyiniz xahiş olunur.