İşin təsviri
- Servisin təqim etdiyi xidmətlərin sahə satışını həyata keçirmək
- Bazar araşdırmaları aparmaq, rəqib analizləri ilə fürsətləri müəyyənləşdirmək və potensial müştəriləri cəlb etmək;
- Satış həcminin artırılması və xidmətlərin tanıdılması məqsədilə aidiyyəti struktur bölmələrlə birlikdə təşviqat kampaniyaları aparmaq;
- Mövcud müştəriləri davamlı ziyarət etmək və onların ehtiyaclarını, eyni zamanda şikayət və təkliflərini öyrənmək;
- Müştərilərlə düzgün ünsiyyət qurmaq, məhsul və xidmətlər haqqında onları dolğun şəkildə məlumatlandırmaq;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq;
- Satış göstəriciləri ilə bağlı dövri hesabatalar hazırlamaq və rəhbərliyərə təqdim etmək;
- Satış sonrası müştəri məmnuniyyətinin izləmək və satış fəaliyyətinin optimallaşdırılması ilə bağlı təkliflər vermək.
Namizədə tələblər:
- Təhsil: Ali (biznesin təşkili və idarə edilməsi, menecment, marketinq və digər əlaqəli sahələrdə)
- Təcrübə: Sahə satışları üzrə minimum 3 il
- Yaş həddi: 22-35
- Dil bilikləri: Azərbaycan və rus dilləri – səlis (şifahi və yazılı), digər dillər – arzuolunandır.
- Texniki biliklər və bacarıqlar: “MS Office” proqramlar toplusundan sərbəst istifadə. “CRM” və ya “ERP” sistemləri ilə iş təcrübəsi üstünlükdür
Davranış səriştələri:
- Riyazi düşüncə və analitik təhlil;
- Ünsiyyət və komanda ilə işləmə;
- Problem həlletmə və detallara diqqətlə yanaşma;
- Dəqiqlik, operativlik və nəticəyönümlülük;
- Məsuliyyət və təşəbbüskarlıq.
Son müraciət tarixi: 25.11.2025-ci il
Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyənləşdiriləcəkdir.
Maraqlanan namizədlər öz CV-lərini im-ex@arash-holding.az elektron poçt ünvanına göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.