İşin təsviri
Arash Company komandasına məsuliyyətli, detallara diqqətli və yüksək təşkilatçılıq bacarığına malik əməkdaş axtarır.
Bu vəzifə həm tibbi məhsulların, tibbi təyinatlı avadanlıqların və dərman vasitələrinin dövlət qeydiyyatı prosesinin idarə olunmasını, həm də ofisin gündəlik inzibati fəaliyyətinin koordinasiyasını əhatə edir. Əgər sən sənədlərlə işləməyi sevir, dövlət qurumları və beynəlxalq tərəfdaşlarla peşəkar ünsiyyət qurmağı bacarırsansa və dinamik iş mühitində inkişaf etmək istəyirsənsə, səni komandamızda görməkdən məmnun olarıq.
Əsas vəzifələr
Tibbi məhsulların dövlət qeydiyyatı
- Tibbi avadanlıqların, tibbi təyinatlı məmulatların, kosmetik vasitələrin və dərman preparatlarının dövlət qeydiyyatı prosesinin təşkili və idarə olunması;
- Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə rəsmi yazışmaların və kommunikasiyanın aparılması;
- Xarici istehsalçılarla daimi əlaqə saxlayaraq qeydiyyat üçün tələb olunan sənədlərin toplanması və koordinasiyası;
- Texniki dosyelərin və qeydiyyat sənədlərinin hazırlanması;
- Xarici sənədlərin tərcüməsi, notarial təsdiqi və leqallaşdırılması prosesinin təşkili;
- Dövlət qeydiyyatlarının etibarlılıq müddətinin izlənilməsi və yenilənməsi;
- İdxal icazələrinin və digər tənzimləyici sənədlərin hazırlanması və izlənilməsi.
Ofis idarəçiliyi
- Gündəlik ofis fəaliyyətinin koordinasiyası;
- Rəsmi yazışmaların və sənəd dövriyyəsinin idarə olunması;
- Görüşlərin, və biznes səfərlərinin təşkili;
- Yerli və xarici ezamiyyətlər üçün aviabilet və otel rezervasiyalarının təşkili;
- Xarici tərəfdaşlar, təchizatçılar və xidmət göstərən şirkətlərlə gündəlik kommunikasiyanın aparılması;
- Digər inzibati və back-office işlərinin icrası.
Namizədə tələblər
- Ali təhsil (Farma, Tibb, Biznesin İdarəedilməsi, Hüquq və ya digər uyğun ixtisaslar);
- Minimum 1-2 il iş təcrübəsi;
- Tibbi məhsulların və ya dərman vasitələrinin qeydiyyatı sahəsində təcrübə üstünlük hesab olunur;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis dili – yüksək səviyyədə (mütləqdir);
- Rus dili – yaxşı səviyyədə (mütləqdir);
- MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı;
- Analitik düşüncə və problemləri operativ həll etmə bacarığı;
- Detallara yüksək diqqət və sənədlərlə işləmək bacarığı;
- Yüksək təşkilatçılıq və vaxtın effektiv idarə olunması bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma;
- Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı.
İş şəraiti
- İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Şənbə: 09:00 – 15:00
- İş yeri: ARASH Company, F. İbrahimbəyov küç. 19, Bakı
- İş rejimi: Tam ştat, ofisdaxili
- Əməkhaqqı: 800 – 1,000 AZN (NET)
Biz nə təklif edirik?
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Dünyanın aparıcı tibbi məhsul istehsalçıları ilə işləmək imkanı;
- Beynəlxalq sərgi, konfrans və təlimlərdə iştirak perspektivi;
- Korporativ mobil nömrə;
- Ofisdə ödənişsiz nahar;
- Peşəkar və dəstəkləyici komanda mühiti;
- Korporativ tədbirlər və komanda fəaliyyətləri.
Maraqlanan namizədlərdən CV-lərini hr@adb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Məktubun mövzu hissəsində “Tibbi Məhsulların Qeydiyyatı üzrə Mütəxəssis / Ofis Meneceri” qeyd etməyiniz xahiş olunur.