İşin təsviri
İş yeri: Bravo Paylama Mərkəzi (Lökbatan)
Vəzifə öhdəlikləri:
- Malların rəflərə və ya əvvəlcədən təyin olunmuş yerlərə daşınması və yerləşdirilməsi.
- Anbarın təmiz saxlanılması.
- Malların daxil olan sifariş əsasında yığılması və maşınlara yüklənilməsi.
- Sifarişlərin toplanılması və yerləşdirilməsi üçün xüsusi avadanlıqlardan istifadə olunması.
- Anbardar tərəfindən tapşırılan digər işlərin icra edilməsi.
Vəzifə Tələbləri:
- Anbar işləri üzrə ilkin təcrübə arzuolunandır.
- Orta təhsil
- Komandada işləmək bacarığı.
- Çoxsaylı tapşırıqların prioritetləşdirilməsi və eyni zamanda bir neçə tapşırığın öhdəsindən gəlmə bacarığı.
- Düzgün iş prosesini qurmaq bacarığı.
- Növbəli iş rejimində işləməyə hazır olmaq.
İş qrafiki 6 günlük – 08:00-17:00
Maraqlanan namizədlər hr2@azerbaijansupermarket.com elektron poçt ünvanına “Anbar üzrə köməkçi” başlığı ilə CV göndərərək müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır