İşin təsviri
Araz Supermarketlər Şəbəkəsi “Biznesə Nəzarət üzrə Analitik (Fresh məhsullar)” vakansiyası üzrə işə qəbul elan edir!
Öhdəliklər
- Təzə məhsullar üzrə alış və satış maliyyə hesabatlarının hazırlanmasını icra etmək
- İmha yoxlamalarının aparılmasını icra etmək
- Bonus hesabatını kontrol etmək, keyfiyyət və kampaniya hesabatlarını hazırlamaq
- Hannibalizm və “müştəri sayı-səbət ortalaması” hesabatlarının hazırlanmasını təmin etmək
- Tədarükçü verimlilik hesabatının hazırlanmasını icra etmək
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
Tələblər
- Maliyyə, iqtisadiyyat və ya əlaqədar sahələr üzrə bakalavr və ya magistr dərəcəsi
- Maliyyə analizi sahəsində ən azı 2 il iş təcrübəsi
- F3, F7 sertifikatları üstünlükdür
- Microsoft Excel – yaxşı səviyyədə
- SAP bilikləri üstünlükdür
- Analitik düşüncə tərzi və detallara diqqət
- Yaxşı kommunikasiya və təqdimat bacarıqları
- Komanda ilə işləmə bacarığı
Təminatlar
- Nahar ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük iş qrafiki
- Servis xidməti mövcuddur
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Biznesə Nəzarət üzrə Analitik (Fresh məhsullar)” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.