Layihənin baş memarı

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
  • Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
  • Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
  • Müfəssəl planlar,baş planların relyefinin təşkili və topraq kütləsi planın hesabatının icra edilməsi;
  • İlkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
  • Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan tərəfləri idarə etmək;
  • Layihənin tender prosesinə texniki dəstək vermək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
  • Tamamlanmış layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin etmək;
  • Layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
  • Layihə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək;
  • Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;

Tələblər:

  • Yaş: 35- 55 yaş;
  • Memarlıq sahəsində ali təhsil.
  • Memarlıq sahəsində ən azı 8 il iş təcrübəsi.
  • AutoCAD, Revit, SketchUp, 3ds Max, Photoshop və digər memarlıq proqramlarında yüksək işləmə bacarığı.
  • Yaradıcı və yeni dizayn konsepsiyalarını yaratmaq bacarığı.
  • Layihələndirmə bacarıqları – layihələrin eskizlərini, planlarını və 3D modellərini hazırlamaq bacarığı.
  • Komanda daxilində effektiv işləmə və ünsiyyət bacarıqları.
  • Azərbaycan dili ilə yanaşı, ingilis və ya rus dillərini bilmək arzuolunandır.
  • Punktual və məsuliyyətli olması;
  • Komanda ilə işləmək bacarığı;

İş şəraiti

  • İş yeri: Bakı
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.
  • İş qrafiki: I-V günlər,

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Baş Memar” yazaraq career@archico.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.