Vakansiya haqqında
İş barədə məlumat
İş qrafiki: Həftədə 6 gün;
İş saatları: 09:00–18:30;
Əməkhaqqı: 1000 - 1500 azn
Nahar şirkət tərəfindən təmin olunur;
Peşəkar inkişaf və müxtəlif layihələrdə iştirak imkanı;
İşə qəbul Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun həyata keçirilir.
QEYD: Yalnız peşəkar şəkildə hazırlanmış CV və portfolio təqdim edən namizədlərin müraciətləri dəyərləndiriləcək.
ARZENA DESIGN
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 5A
Öhdəliklər
Müştəri istəklərinə və layihənin texniki tələblərinə uyğun interyer və mebel dizaynlarının hazırlanması və təqdim edilməsi;
Məkanlara ilkin baxışın keçirilməsi, yerində ölçülərin götürülməsi və iş həcminin müəyyənləşdirilməsi;
Məkanların funksional planlaşdırılması və dizayn həllərinin hazırlanması;
Mebel, avadanlıq, dekorativ element və materialların layihəyə uyğun seçilməsi;
Mövcud brend və material çeşidlərinə əsasən layihələrin hazırlanması;
Eskizlərin, texniki çertyojların və işçi layihələrin detallı şəkildə tərtib edilməsi;
Layihələrin icra prosesində müəllif nəzarətinin təmin edilməsi.
Tələblər
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
- 3ds Max, AutoCAD və Adobe Photoshop proqramlarında peşəkar səviyyədə işləmək bacarığı
- Mebel konstruksiyaları, materiallar və istehsal detalları haqqında biliklər
- Layihələrin hazırlanması və təqdimatı üzrə bacarıqlar
- Yaradıcı, yenilikçi və detallara diqqətli yanaşma
- Analitik düşünmə və problemləri effektiv həll etmək bacarığı
- Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq
- Peşəkar inkişafa və yüksək nəticələr əldə etməyə motivasiyalı olmaq
Oxşar elanlar
- Videoqraf / MobilqrafOdontos LTD · 2 gün əvvəl
- Multidisiplinar Dizayner (video editor və qrafik dizayner)Global Olympiad Center · 2 gün əvvəl
- Qrafik & Motion DizaynerVeysəloğlu-Rossmann · 3 gün əvvəl
- Senior Qrafik Dizayner166 Yükdaşıma və Logistika · 3 gün əvvəl
- Qrafik dizaynerPark Cinema · 5 gün əvvəl
- Qrafik Dizayner-MenecerEvol · 5 gün əvvəl