İşin təsviri
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən Qazma qurğularının təmiri üzrə usta köməkçisi vakansiyası üzrə namizəd axtarılır.
Vəzifə Öhdəlikləri:
- Qazma qurğularının mexaniki hissələrinin təmiri və texniki baxışı
- Nasazlıqların aşkar edilməsi və aradan qaldırılması
- Ustaya kömək və sadə işlərin sərbəst icrası
Namizədə tələblər:
- Mexaniki sistemlər, mühərrik və hidravlika üzrə ilkin texniki biliklər
- Alətlərlə işləmə bacarığı və praktiki iş görmə qabiliyyəti
- Məsuliyyətlilik və komandada işləmək bacarığı
- Ustalığa yaxın səviyyədə təcrübə arzuolunandır
- Qazma qurğuları və ya oxşar texnika ilə iş təcrübəsi üstünlükdür.
Əmək şəraiti:
- İş yeri: Hökməli qarajı
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: 800 Azn
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək hr@at-geotech.com elektron poçt ünvanına göndərmələri xahiş olunur.