İşin təsviri
Təsvir
- Bankın əsas biznes proseslərinin “AS-IS” təsvirini (proses xəritələri, BPMN diaqramları) hazırlamaq;
- Mövcud proseslərdə boşluqları, təkrarlanan addımları və qeyri-səmərəli mərhələləri müəyyən etmək;
- “TO-BE” model təkliflərini hazırlamaq və proses sahibləri ilə razılaşdırmaq;
- Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşdırılması imkanlarını qiymətləndirmək, müvafiq departamentlərlə (İT, Əməliyyat) koordinasiya etmək;
- Yeni və ya yenilənən proseslər üzrə daxili prosedur və reqlamentlərin layihələrini hazırlamaq;
- Tətbiq olunan proses dəyişikliklərinin nəticələrini (vaxt, xərc, keyfiyyət göstəriciləri üzrə) izləmək və hesabatlılığı təmin etmək;
- Struktur bölmələrlə birgə proses təkmilləşdirmə layihələrinin icrasında iştirak etmək;
- Rüblük/illik BPM fəaliyyəti üzrə icmal materiallarını hazırlamaq.
Tələblər
- İqtisadiyyat, biznes idarəetməsi, mühəndislik və ya İT üzrə ali təhsil;
- Bank və ya maliyyə sektorunda minimum 2–3 il müvafiq iş təcrübəsi, o cümlədən biznes proseslərinin təsviri və optimallaşdırılması sahəsində iş təcrübəsi;
- Proses modelləşdirmə metodologiyaları (BPMN 2.0) və müvafiq alətlərdə (məsələn, Bizagi, Visio, ARIS və ya oxşar) işləmə bacarığı;
- Proseslərin “AS-IS” və “TO-BE” təsviri, boşluqların (gap) analizi və təkmilləşdirmə təkliflərinin hazırlanması bacarığı;
- Lean, Six Sigma və ya digər proses təkmilləşdirmə metodologiyaları üzrə biliklər; sertifikatın olması üstünlükdür;
- RPA və proseslərin avtomatlaşdırılması imkanlarının qiymətləndirilməsi üzrə təcrübə arzuolunandır;
- Kross-funksional komandalarla işləmə və proses sahiblərinin (Process Owner) əlaqələndirilməsi bacarığı;
- Daxili normativ sənədlərin (prosedur, təlimat, reqlament) hazırlanması üzrə təcrübə;
- Güclü analitik düşüncə, təfərrüata diqqət və problem-həll etmə qabiliyyəti;
- Microsoft Excel, PowerPoint və Visio (və ya digər proses modelləşdirmə vasitəsi) proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Ünsiyyət və komandada işləmək bacarığı;
- İngilis dili biliyi mütləqdir.