İşin təsviri
- Bankdaxili layihələr üzrə GitLab CI/CD proseslərinin inkişaf etdirilməsində iştirak etmək;
- Maven, Gradle və Docker build alətləri ilə işləmək;
- Manual əməliyyatların Ansible playbook-ları, Shell və Python skriptləri vasitəsilə avtomatlaşdırılmasını həyata keçirmək;
- Infrastructure as Code (IaC) yanaşmasının tətbiqində iştirak etmək;
- Terraform, Packer və Ansible əsaslı avtomatlaşdırma proseslərinin qurulmasında iştirak etmək;
- Linux serverlərinin administrasiyasını həyata keçirmək;
- Zabbix, Prometheus, VictoriaMetrics və Grafana monitorinq alətləri ilə işləmək;
- Monitorinq dashboard-larının, metriklərin və alert mexanizmlərinin hazırlanmasını təmin etmək;
- APM və distributed tracing həllərinin tətbiqi və inkişaf etdirilməsində iştirak etmək;
- Yaranan texniki problemləri araşdırmaq və onların səbəblərini təhlil etmək;
- Görülən işləri və həyata keçirilən texniki dəyişiklikləri müvafiq qaydada sənədləşdirmək.
Tələblər
- DevOps Engineer və ya Linux Engineer vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Linux administrasiyası, o cümlədən boot prosesi, systemd, filesystem, LVM, şəbəkə və permission prinsipləri üzrə güclü praktiki biliklər;
- Linux, Kubernetes, şəbəkə, tətbiq və monitorinq səviyyələrində troubleshooting aparmaq, performance və availability problemlərini araşdırmaq bacarığı;
- Docker və Kubernetes ilə praktiki iş təcrübəsi, Kubernetes administrasiyası üzrə biliklər;
- GitLab CI/CD pipeline-larının qurulması və dəstəklənməsi üzrə təcrübə;
- Ansible playbook-larının hazırlanması, Bash ilə işləmək və manual proseslərin avtomatlaşdırılması üzrə praktiki bacarıqlar;
- Git, reverse proxy və load balancing prinsipləri üzrə biliklər;
- Infrastructure as Code (IaC) prinsipləri haqqında anlayış;
- Mövcud prosesləri təhlil etmək, təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək və müvafiq təkliflər irəli sürmək bacarığı;
- Tapşırıqları müstəqil şəkildə icra etmək, görülən işləri və texniki dəyişiklikləri düzgün sənədləşdirmək bacarığı;
- Terraform və Packer ilə iş təcrübəsi üstünlük hesab olunur;
- Helm, GitOps, Argo CD və ya Flux CD ilə iş təcrübəsi üstünlük hesab olunur;
- Elasticsearch, Logstash, Kibana və Filebeat ilə iş təcrübəsi üstünlük hesab olunur;
- Infrastructure automation məqsədilə Python və ya Golang bilikləri üstünlük hesab olunur.