Gəncə filialında Aparıcı Satış Məsləhətçisi

İşin təsviri

Təsvir

  • Bankın satış strategiyasına uyğun olaraq müştəri portfelinin inkişaf etdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsini təmin etmək;
  • Bankın təklif etdiyi məhsul və xidmətlərə dair müştərilərin təklif və iradlarını qəbul etmək;
  • Müştəri tərəfindən gələn müraciətləri (telefon, elektron poçt və s. vasitələrlə) qəbul etmək və sualları cavablandırmaq;
  • Bankın ən son yenilikləri və kampaniyaları haqqında məlumatlar vermək;
  • Filial rəhbəri tərəfindən verilmiş vəzifə öhdəliklərindən irəli gələn işlərin icrası.

Tələblər

  • Ali təhsil;
  • Bankda müvafiq sahə üzrə 2 ilə qədər iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl bilməsi (xarici dil biliyi arzuolunandır);
  • Kompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office);
  • Vahid komandada işləmək qabiliyyəti;
  • Analitik düşüncə, təşəbbüskarlıq və satış bacarığı;
  • Müştəri yönümlülük və güclü ünsiyyət bacarığı.