ATB Bank yerləşdirilib
İnformasiya Təhlükəsizliyi Departamenti Kibertəhlükəsizlik və rəqəmsal dələduzluq üzrə monitorinq şöbəsi – Mühəndis (L2)
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
- Daxil olan informasiya təhlükəsizliyi insidentlərinin araşdırılması, təhlili və müvafiq cavab tədbirlərinin həyata keçirilməsi;
- SIEM platformasında yaranan təhlükəsizlik xəbərdarlıqlarının (alertlərin) təhlil edilməsi və potensial təhdidlərin müəyyənləşdirilməsi;
- SOAR platformasında mövcud playbook-ların təkmilləşdirilməsi, redaktəsi və yeni avtomatlaşdırılmış playbook-ların hazırlanaraq tətbiq edilməsi.
- L1 analitiklər tərəfindən eskalasiya edilən təhlükəsizlik hadisələrinin araşdırılması və zəruri cavab tədbirlərinin görülməsi;
- Təhlükə indikatorlarının (IOC) təhlil edilməsi və potensial təhdidlərin yayılmasının qarşısının alınması;
- EDR, Firewall, Proxy, IDS/IPS və digər təhlükəsizlik sistemlərindən əldə edilən məlumatların toplanması, təhlili və korrelyasiyasının aparılması;
- İnformasiya təhlükəsizliyi insidentlərinə cavabvermə (Incident Response) prosedurlarına uyğun tədbirlərin həyata keçirilməsi və nəticələrin sənədləşdirilməsi;
- Təhlükəsizlik insidentlərinin idarə olunması üzrə prosedurların, playbook və runbook-ların hazırlanması və təkmilləşdirilməsində iştirak edilməsi;
- Baş vermiş insidentlərin əsas səbəblərinin müəyyənləşdirilməsi (Root Cause Analysis) və təkrarlanma risklərinin azaldılması məqsədilə müvafiq hesabatların (Lessons Learned) hazırlanması.
- Rəhbərlik tərəfindən vəzifə öhdəliklərindən irəli gələn müəyyən edilmiş tapşırıqların operativ və səmərəli şəkildə yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil (informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri və ya digər əlaqəli ixtisaslar üzrə);
- Kibertəhlükəsizlik sahəsində minimum 2–3 il iş təcrübəsi;
- Şəbəkə texnologiyaları və protokolları üzrə güclü nəzəri və praktiki biliklər;
- SIEM sistemləri, xüsusilə IBM QRadar platforması ilə praktiki iş təcrübəsi;
- EDR/XDR təhlükəsizlik həlləri ilə işləmək bacarığı;
- SOAR platforması ilə işləmək bacarığı;
- Zərərli proqram təminatlarının (Malware) və şübhəli faylların statik və dinamik analizini aparmaq bacarığı;
- MITRE ATT&CK Framework və Cyber Kill Chain metodologiyaları üzrə bilik və praktiki tətbiq bacarığı;
- Təhlükəsizlik insidentlərinin araşdırılması, təhlili və nəticələrin sənədləşdirilməsi bacarığı;
- Analitik düşünmə, araşdırma və problemlərin operativ həlli bacarıqları;
- BTL2, OSCP, CEH, CRTO, CySA+, CCNA və digər müvafiq beynəlxalq sertifikatların olması üstünlükdür.
Əlavə məlumat
- Təcrübə: 3 il
- Təhsil: Bakalavr
Oxşar elanlar
- İT BA üzrə baş mütəxəssisPASHA Insurance · 28 oktyabr 2026
- Şəbəkə İnfrastrukturu şöbəsinin mütəxəssisi / İnformasiya Texnologiyaları İdarəsiAzərbaycan Hava Yolları (AZAL) · 27 oktyabr 2026
- İT biznes analitikMars Overseas Baku · 27 oktyabr 2026
- Senior İT auditorİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi · 26 oktyabr 2026
- İT texnik (kameralar üzrə)Kristal · 26 oktyabr 2026
- İT texnik (kameralar üzrə, Saatlı)Kristal · 26 oktyabr 2026